|
Əlaqə
|
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
|
|
|
|
TOTAL İRANDA İyulun əvvəlində xəbər yayıldı ki, Fransız Total şirkəti İranın qaz yataqlarını işləməkçün investisiya yatırmaqdan imtina edib. Buna səbəb kimi fransız “Total” şirkətinin rəhbəri Kristofer De Marjeri İranda təhlükəli siyasi vəziyyəti göstərib. Bununla əlaqədar olaraq İranın Neft Naziri Qulamhüseyn Nəzəri demişdir:”Biz artıq bəyan etmişdik ki, İrana yalnız investisiya yatırmaq istəyənlər bunu edə bilərlər, əgər istəmirlərsə, biz israr etmirik, biz öz planlarımızı özümüz reallaşdırmağa hazırıq”. Nəzəri əlavə etdi ki, bu mövzu araşdırılmalıdır, çünki “De Marjeri Madriddəki iclasda sonuncu görüşümüz zamanı İrana və başqa potensial dövlətlərə gələcəkdə istehsalın təhlükəsizliyini təmin etmək məqsədilə investisiya qoymaqda israr edirdi.” Bloomberg xəbər verir ki, 4 gündən sonra rusiya inhisarçısı “Qazprom” və İran Dövlət Neft Şirkəti İranın neft və qaz yataqlarının birgə işlənməsinə dair razılığa gəliblər.
|
|
|
|
|
2009-CU İLİN APRELİNDƏ İRANDA AZƏRBAYCAN MƏDƏNİYYƏT GÜNLƏRİ KEÇİRİLƏCƏK. Azərbaycan Mədəniyyət vəTurizm Nazirinin müavini Ədalət Vəliyevin sədrliyi ilə Azərbaycan nümayəndə heyətinin İrana İran prezidentinin müşaviri,Mədəniyyət və İslam əlaqələri üzrə Təşkilatının sədri Mehdi Mustafavinin dəvətilə səfəri başa çatmışdır.
|
|
|
|
|
İRANDA AZƏRBAYCANIN MƏDƏNİYYƏT GÜNLƏRİ KEÇİRİLƏ BİLƏR. Azərbaycanın Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev İranda səfərdədir. Nazirliyin mətbuat xidmətinin 1new.az-ın verdiyi məlumata görə səfər çərçivəsində İranda Azərbaycan, Azərbaycanda isə İran mədəniyyət günlərinin keçirilməsinə dair məsələləri müzakirə etmək məqsədilə bir sıra rəsmi şəxslərlə görüşlər planlaşdırılır.
|
|
|
|
|
|
BAKIDA XƏZƏRIN HÜQUQI STATUSUNUN MÜƏYYƏNLƏŞDIRILMƏSI ÜZRƏ IŞÇI QRUPUN NÖVBƏTI ICLASI KEÇIRILƏCƏK.
Xarici İşlər Nazirliyi xəbər verir ki,Xəzərin hüquqi statusunun müəyyənləşməsi üzrə işçi qrupun növbəti iclası iyulun 23-24də Bakıda həyata keçiriləcək.Tərəflər razılığa gəlmədikləri Konvensiya Layihəsinin bəndlərini müzakirə edəcəklər.
|
|
|
|
|
Sorğu
|
| İnsan hüquqlarının qorunması üçün: |
|
|