|
"Əgər İran nüvə proqramı ilə bağlı danışıqlardan imtina etsə, onu təcrid gözləyir". Bunu Fransa prezidenti Nikola Sarkozi İranın xarici işlər naziri Manuçöhr Mottaki ilə görüşündə bildirib. "Associated Press" agentliyinin məlumatına görə, Fransanın dövlət başçısı İran tərəfini BMT-nin bəyannamələrini yerinə yetirməyə və ABŞ-la Fransanın da daxil olduğu beynəlxalq ictimaiyyət ilə danışıqlara başlamağa çağırıb. Onun sözlərinə görə, əks təqdirdə "bütün sahələrdə beynəlxalq təcrid" qaçınılmaz olacaq. Qeyd edək ki, İranın nüvə məsələsi üzrə beynəlxalq "altılıq" vasitəçiləri (avroüçlük, Rusiya, Çin və ABŞ) Tehran ilə yeni danışıqlar aparmağa hazır olduqları barədə məlumat yaymışdılar. Vasitəçilər qrupu, bu vacib problemin həllini birgə tapmaq üçün Havyer Solanadan İran rəhbərliyinə yeni məsləhətləşmələr barədə təklif verməyi xahiş edəcəklərini bildirmişdilər. İran rəhbərliyi isə nüvə silahı hazırlamadığını və "sülh naminə atoma" malik olmaq hüquqlarının olduğunu bildirir. /ANS PRESS/[/font][/size]
|