Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Iranda edam
İranın Zahedan şəhərində məsciddə partlayış törədən üç nəfər edam olunub. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, həmin şəxslər terror aktı törətməkdə təqsirli bilinərək, bu gün səhər edam ediblər. Onları partlayış törədilmiş məscidin yaxınlığında asıblar.
Qeyd edək ki, mayın 28-də terrorçu-kamikadzenin İranın cənub-şərqində yerləşən Zahedan şəhərindəki “Əmir əl-Mömin” məscidində törətdiyi partlayış nəticəsində 25 nəfər ölüb, 120 nəfər yaralanıb.
İran hakimiyyəti baş vermiş hadisəyə görə ABŞ-ı ittiham edib. İran rəsmilərinin sözlərinə görə, terrorçu-kamikadze bu əməli ABŞ-ın tapşırığı ilə törədib.
Oxunub: 414 dəfə | Tarix: 30 May 2009 | Kateqoriya: İran