XƏZƏR DƏNİZİNİN HÜQUQİ STATUSU (2)
Sovet İttifaqının dağılmasından bəri Xəzərin hüquqi statusu
Xatırlayırsınızsa , Xəzərin iqtisadi və coğrafi vəziyyəti barədə məlumat verdik və tarixi baxımdan İran şahları dövründə Xəzər dənizi ilə əlaqədar mübahisələrin birinci dəfə irəli sürülməsinə işarə etdik. Həmçinin Çar Rusiyası tərəfindən İrana qəbul elətdirilmiş Türkmənçay və Gülüstan müqavilələrini araşdırdıq , Çar Rusiyasının xarici ölkələr, o cümlədən İranla imzaladığı sümürgəçi müqavilələri ləğv etməkdə habelə İranla 1921 və 1940-dakı dostluq müqavilələrinə qol çəkməkdə Sovet hökumətinin tədbirlərini araşdırdıq. Həmin müqavilələrdə Xəzər dənizinin ortaq formada İran və Sovet dövlətləri tərəfindən istismara verilməsi rəsmən tanındı. Bu gün isə Sovet İttifaqının dağılmasından bəri Xəzərin hüquqi statusunu araşdırmaq istəyirik.
1991-ci ilə qədər yalnız İran və SSRİ Xəzərin qonşuları sayılırdılar. Ancaq Sovet İttifaqının dağılmasının ardınca, Azərbaycan, Türkmənistan və Qazaxıstan respublikaları da xəzəryanı ölkələrin sırasına qoşuldular. Hal-hazırda Xəzər sahillərinin 14 faizi İran, 16 faizi Rusiya, 20 faizi Türkmənistan, 21 faizi Az. R. və 29 faizi Qazaxıstan tərəfindədir. başqa sözlə desək Xəzəryanı ölkələrin sayı 2-dən 5-ə yüksəlib. Ancaq əhəmiyyətli məsələ dövlətlərin qalıb davam etməsi formasıdır. Bu beynəlxalq hüquq normalarına görə, hər hansı bir dövlətin aradan gedib ya bölünüb başqa dövlət ya dövlətlərin onun varisi olamasının ardınca da , birinci dövlətin hüququ və öhdəlikləri öz qüvvəsində qalır. Demək, SSRİ-nin dağılıb onun bir neçə ölkəyə çevrilməsinə rəğmən onun başqa ölkələr qarşısında bütün öhdəlikləri etibarlı sayılır. Başqa tərəfdən Vyana konvensiyasının 12-ci maddəsi və beynəlxalq hüquq normalarına əsasən yeni sənədlər dövlətlər arasında keçmiş müqavilələ dəyişməyənə qədər keçmiş razılıqlar öz etibarını qoruyur. Məhz bu səbəbdən 1921 və 1940-ci ilə müqavilələri qüvvədədir. Çünki indiyə qədər 5 xəzəryanı ölkə arasında heç bir müqavilə imzalanmayıb.
Başqa əhəmiyyətli mövzu bundan ibarətdir ki , Xəzər dəniz yoxsa göldür? Bu mövzu çox önəmlidir. Çünki Xəzərin dəniz ya göl olması onun hüquqi statusu və çevrəsindəki ölkələrin payını ayrı-ayrı müəyyənləşdirir. Bildiyiniz kimi dənizlərin hüquqi statusu göllərin statusundan fərqlidir.
Xəzər məsahə baxımından Fars Körfəzi və Oman dənizindən belə böyükdürsə də , qapalı dəniz yaxud gölün hüquqi statusu onun haqqında işlənir. Qapalı dəniz 2 ya neçə ölkənin quruluqları vasitəsi ilə əhatə edilən və başqa dənizə təbii yolu olmayan dənizə deyilir. Xəzər dəniz xüsusiyyətlərinə malik deyil. Çünki Xəzərin təbii formada azad sulara yolu yoxdur. Hətta sahilyanı ölkələri demək İran, Türkmənistan, Qazaxıstan, Rusiya və Azərbaycan Respublikasına aiddir. Bundan əlavə 1982-ci ildə imzalanmış dənizlər hüquq konvensiyasının 123-cü maddəsi həmçinin 1994-cü ilin iyulunda imzalanmış dənizlərin hüquqi müqaviləsi Xəzərin göl olduğunu bariz şəkildə göstərir. Qapalı dəniz haqda beynəlxalq qanun dənizin sahilyanı ölkələrinə bir, iki ya hərtərəfli istifadənin icazəsini vermir. Həmçinin qanuna görə, qapalı dənizin qaynaqları dənizin bütün qonşularının rəyi ilə istismara verilməlidir. Qapalı dənizilə əlaqədar sahilyanı ölkələr arasında yeni qanunlar imzalanmaya qədər keçmiş qanunlar etibarlıdır.
Bunlardan aydınlaşır ki, beynəlxalq qayda-qanunlar və prinsiplərə əsasən Xəzər bir göldür. Buna görə də , onun hüquqi statusi ilə əlaqədar hər hansı razılaşma bütün sahilyanı ölkələr tərəfindən qəbul edilməlidir.
Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi sahəsində aparılan səylərin bir hissəsi iki ya üçtərəfli olub. 2003-cü ildə Rusiya, ,Qazaxıstan və Az. R. Xəzər dənizinin dibi ilə əlaqədar 3 müqaviləyə qol çəkmişlər. həmin müqaviləyə əsasən Xəzərin sahil bölgəsinin 64 faizi bölüşdürülüb. Bu səbəbdən bəzi ölkələr arasında bir sıra ixtilaflar da yaranıb. Misal olaraq 1997-ci ildə orta xətt əsasında Az. R. ilə Türkmənistan arasında Xəzər dənizinin bölüşdürülməsi müqaviləsi imzalandı. Ardınca tərəflər Kəpəz neft yatağı ilə əlaqədar dərin ixtilaflarla üzləşdilər. İki ölkə arasında türkmənlərin Sərdar, azərilərin isə Kəpəz adlandırdıqları bir zəngin neft yatağına mülkiyyət üzərində ixtilaf yaranıb. Ancaq beynəlxalq hüquq normalarına əsasən bu kimi müqavilər etibarlı sayılmır və İran İslam Respublikası əvvəldən buna qarşı çıxıb. İranın qənaəntincə , Vyana konvensiyasının 12-ci maddəsinə əsasən 5 xəzəryanı ölkənin razılaşmadığı hər hansı anlaşma, etibarsiz olacaqdır. Həmin maddəyə əsasən, ölkələrin varis olması öhdəliklər ya öhdəliklərdən yaranan haqları dəyişə bilməz. Dövlətlərin davam etməsi üsulu isə keçmiş öhdəliklərin etibarını qüvvədə saxlayır. Yalnız sabiq və yeni ölkələrin razılaşması nəticəsində təsdiqlənən sənəd bu üsulu poza bilər. İİR yeni regional şəraitin yaranması və yaxşı qonşuluq münasibətləri üsuluna əsasən yeni müqaviləni qəbul edir və yeganə şərti, Xəzərin yeni hüquqi statusunda İranın mənafeyinə riayət edilməsidir. İranın qənaətinə görə, yeni bölgülükdə Xəzər dənizinin sahil sularının ən azı 20 faizi ixtiyarında olmalıdır.
İki və ya çoxtərəfli səylərdən əlavə Xəzərin hüquqi statusunu müəyyənləşdirməkdə ortaq səylər də göstəriblib. Bu səyləri 3 dəstəyə bölmək olar. Birinci dəstə, sahil dövlətlərin ekspertlərinin ortaq işçi qrupları tərəfindən göstərilən səylərdir. İndiyədək ekspertlər səviyyəsində 21 iclas keçirilib. 2-ci dəstə, Xəzərin sahilyanı ölkələrinin xarici işlər nazirləri səviyyəsində keçirilmiş iclaslardır. Bu istiqamətdə 1996-cı ilin noyabrından etibarən müxtəlif iclaslar keçirilib. Xəzər dənizinin hüquqi statusunu hazırlamaq üzər 3-cü səylər Xəzəryanı ölkələrin rəhbərləri tərəfindən göstərilib. Həmin məsələ ilə əlaqədar iki iclas keçirilib.
Birincisi 2002-ci ildə Türkmənistan paytaxtı Aşqabadda ikincisi isə Tehranda keçirilmiş zirvə toplantıları idi. Tehranda keçirilmiş Xəzər zirvə toplantısı Xəzərin sahilyanı ölkələri arasında regional həmkarlıqların aydın perspektivə malik olduğunu göstərdi. İclasın son qərarları həyata keçirildiyi təqdirdə, Xəzərin hüquqi statusu il əlaqədar ümumi anlaşma yaxın gələcəkdə mümkün olacaqdır.
azeri.irib.ir