TEHRANDA XƏZƏRIN HÜQUQI STATUSU IL BAĞLI ICLAS BAŞA ÇATIB
İclas zamanı nümayəndə heyətləri Xəzərin hüquqi statusu, dənizdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Tehranda Xəzərin hüquqi statusu il bağlı işçi qrupun sayca 22-ci iclası aprelin 16-da başa çatıb. Qazaxıstan xarici işlər nazirliyinin yaydığı məlumata görə, iclas zamanı nümayəndə heyətləri Xəzərin hüquqi statusu, dənizdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Həmçinin, tərəflər Xəzərin statusu istiqamətində konvensiya layihəsi ətrafında da müzakirələr aparıb və bir bir sıra məsələlər ətrafında razılaşıblar.
Müzakirələr çərçivəsində tərəflər 22-ci iclası müsbət qiymətləndirərək bu cür görüşlərin davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Qazaxıstan xarici işlər nazirliyindən verilən məlumata əsasən, işçi qruplarının növbəti- xüsusi iclasının Bakıda keçirilməsi planlaşdırılır.
ANS-PRESS