Azərbaycan Cənubi Qafqazın şərq hissəsində, Xəzər dənizinin qərb sahilində yerləşir. Şimaldan Rusiya (Dağıstan), Gürcüstan və cənubdan İranla, qərbdə Ermənistanla həmsərhəddir. Naxçıvan muxtar respublikası Ermənistan, İran və Türkiyə ilə sərhəddə yerləşir. Azərbaycan Respublikasının ərazisi - 86,6 min km² təşkil edir. Əhalisi 8,5 milyon nəfərdir. Milli tərkibinə görə azərbaycanlılar çoxluq təşkil edirlər. Əsasən müsəlmanlar çoxluq təşkil edirlər. Rəsmi dil Azərbaycan dilidir.