Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Azərbaycanın Yekaterinburqda Baş Konsulluğunun təntənəli açılış mərasimi keçirilib
Bu gün Yekaterinburqda Azərbaycanın Baş Konsulluğunun təntənəli açılış mərasimi keçirilib.
APA-nın məlumatına görə, açılış mərasimində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Sverdlovsk vilayətinin qubernatoru Aleksandr Mişarin də iştirak edib. Açılış mərasimində çıxış edən qubernator bildirib ki, vilayət rəhbərliyi Azərbaycanla münasibətlərə xüsusi önəm verir və bu münasibətlər günü-gündən inkişaf edir. Səfir Polad Bülbüloğlu öz növbəsində vilayət və şəhər rəhbərliyinə konsulluq üçün bina ayırdığına görə təşəkkürünü bildirib. Xatırladaq ki, Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov öz səlahiyyətlərini ötən ilin sentyabrından yerinə yetirir. /apa.az/
Oxunub: 208 dəfə | Tarix: 13 May 2010 | Kateqoriya: ---