Ana səhifə
  Haqqımızda
  İşçi heyəti
  Layihələr
  Xəzər dənizi
  Xəbərlər
  Analitika
  Qarabağ
  Nəşrlər
  Linklər
  Qalereya
Təqvim
«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Xəzəryanı ölkələr
  Azərbaycan
  İran
  Qazaxıstan
  Rusiya
  Türkmənistan
Əlaqə
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Azərbaycan dini tolerantlıq mərkəzinə çevrilir - Avropa Ravvinlər Şurasının sədri
Azərbaycan dini mövzuda konfrans və dəyirmi masalar keçirməklə, dini tolerantlıq mərkəzinə çevriləcək. Avropa Ravvinlər Şurasının sədri Pinxas Qoldşmidt belə hesab edir.

Bakıda 26-27 aprel tarixlərində keçirilmiş dünya dini liderlərinin sammiti keçirilib və həmin sammitdə dünyanın 35 ölkəsindən müxtəlif dinləri təmsil edən 250 nümayəndə iştirak edib.

"Birlikdə biz çox şeyə qalib gələ bilərik. Sammitin unikallığı ondan ibarətdir ki, müxtəlif dinlərin nümayəndələri - hindu və iudaist, müsəlman, buddist və xristianlar "Gül bağı" anlamını verən "Gülüstan" sarayında yan-yana əyləşir. Onlar birlikdə heyranedici, bir-birinə mane olmayan, hətta biri digəri ilə həmahəng olan gül buketini təşkil edir", - Moskvanın baş ravvini Qoldşmidt Trend-ə müsahibəsində deyib.

Ravvinin sözlərinə görə, bütün Ermənistanın katolikosu II Qareginin Moskvanın və bütün Rusiyanın partiarxı Kiril və Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə ilə birlikdə sammitdə iştirakı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesinə əhəmiyyətli dəyişilik gətirəcək və münaqişəsinin dini xarakter almasına imkan verməyəcək.

Ravvin Qoldşmidt Azərbaycan yəhudiləri üçün münasib həyat şəraitinin yaradılmasına heyran olduğunu bildirib.

"Quba rayonu ərazisində yerləşən Qırmızı Qəsəbə yəhudilərin kompakt yaşadığı ərazidir. Dünyada bu cür yerlər demək olar ki, qalmayıb, lakin Azərbaycandakı belə yaşayış yeri postsovet məkanında yeganə yerdir. Qırmızı Qəsəbədə 5 min dağ yəhudisinin yaşaması faktı çox gözəldir və bu, dünyanın digər ölkələrindəki İslam və iudizm nümayəndələrinə gözəl misal ola bilər", - Qoldşmidt belə hesab edir.

Hazırda Qırmızı Qəsəbədə üç sinaqoq fəaliyyət göstərir. Onlar arasında qədimdə bərpa edilmiş "Şeş Qombori" - "Altı Gümbəz", "Yeşiva" və daimi fəaliyyət göstərən sinaqoq var.

Qoldşmidtin sözlərinə görə, Azərbaycan bu nümunəni təbliğ edərək etnik münaqişələrin həllində digər ölkələrə kömək edə bilər.

"Bir çox xarici vətəndaşlar bu unikal komponenti öz gözləri ilə görmək üçün Qubaya gəlir və çox heyrətlənirlər", - o deyib.

Moskvanın baş ravvininin sözlərinə görə, Azərbaycanda minlərlə məscid, altı sinaqoq və 11 kilsənin mövcudluğu faktı ölkədə möminlər arasında qarşılıqlı anlaşma şəraitinin olmasına dəlildir.

"Mən çox şadam ki, sammitin açılışında iştirak etmək üçün Bakıya gəldim. Dördüncü plenar iclasın bağlanması kimi şərəfli missiyaya görə Şeyx Allahşükür Paşazadəyə təşəkkür edirəm. Mən dini və sivil dialoqda iştirak etmək üçün Azərbaycan tərəfinin dəvətini istənilən vaxt çox böyük məmnuniyyətlə qəbul edərəm və Avropa şəhəri olan Bakıya gələrəm", - Ravvin bağlanış mərasimində deyib.

www.trend.az
Oxunub: 381 dəfə | Tarix: 30 Aprel 2010 | Kateqoriya: ---
Sorğu
İnsan hüquqlarının qorunması üçün:

İnsan hüquqları ilə bağlı daima seminarlar və treninqlər keçirmək;
Ümumtəhsil proqramına yeni fənn əlavə etmək;
Körpəlikdən düzgün tərbiyə vermək;
İnsan hüquqları sahəsində çatışmamazlıqlar həmişə olacaq.


Baş Xəbərlər
Xəbərlər Arxivi
May 2012 (26)
Aprel 2012 (1)
Mart 2012 (33)
Fevral 2012 (44)
Yanvar 2012 (42)
Dekabr 2011 (9)
Noyabr 2011 (8)
Oktyabr 2011 (22)
Sentyabr 2011 (15)
Avqust 2011 (5)
Iyul 2011 (8)
Iyun 2011 (18)
May 2011 (26)
Aprel 2011 (33)
Mart 2011 (17)
Fevral 2011 (21)
Yanvar 2011 (16)
Dekabr 2010 (14)
Noyabr 2010 (11)
Oktyabr 2010 (20)
Sentyabr 2010 (17)
Avqust 2010 (14)
Iyul 2010 (10)
Iyun 2010 (33)
May 2010 (55)
Aprel 2010 (52)
Mart 2010 (35)
Fevral 2010 (54)
Yanvar 2010 (37)
Dekabr 2009 (27)
Noyabr 2009 (44)
Oktyabr 2009 (37)
Sentyabr 2009 (30)
Avqust 2009 (25)
Iyul 2009 (33)
Iyun 2009 (55)
May 2009 (24)
Mart 2009 (27)
Fevral 2009 (28)
Yanvar 2009 (10)
Noyabr 2008 (21)
Oktyabr 2008 (22)
Sentyabr 2008 (22)
Avqust 2008 (31)
Iyul 2008 (39)
Iyun 2008 (36)
May 2008 (49)
Aprel 2008 (56)
Mart 2008 (12)
E-mail: office@cpf.az