Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Avropa Şurasının insan hüquqları üzrə komissarı Tbilisiyə gəlir
Bu gün Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammarberq Tbilisiyə gəlir. Bu barədə Trend-ə AŞ-nin Gürcüstan nümayəndəliyindən məlumat verilib. Səfərin proqramı hələlik dəqiqləşdirilir.
İlkin məlumatlara görə, Hammarberq Sxinvaliyə yola düşəcək və orada yerli hakimiyyətlə görüşəcək.
Avropa komissarının əsas vəzifəsi gürcü və osetin tərəfində həbsdə olan şəxslərin azadlığa buraxılmasıdır. Hammarberq həmin adamların qanunsuz saxlanıldığını bildirir və 2008-ci ildə baş vermiş Gürcüstan - Rusiya müharibəsindən sonra hər iki tərəfdən girovların, əsirlərin və saxlananların azad olunması məsələsi ilə məşğul olur.
Hammarberq dünən AŞPA-nın iclasında bildirib ki, bu müddətdə hər iki tərəfdən 100 girovu buraxmaq mümkün olub. Lakin onlarca adam var ki, onlar Sxinvalinin separatçı hakimiyyətinin və Gürcüstan hakimiyyətinin qərarlarını gözləyir.
www.trend.az
Oxunub: 299 dəfə | Tarix: 30 Aprel 2010 | Kateqoriya: ---