Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
ABŞ vasitəçilik missiyası təklif edir
Missiyaya Türkmənistanla Azərbaycan arasında Xəzərin hüquqi statusunun müəyyənləşməsi ilə bağlı mübahisənin həlli daxildir
Dövlət Departamentinin xüsusi səfirinin Avrasiya enerji məsələləri üzrə böyük müşaviri Daniel Steyn Aşqabadda keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, rəsmi Vaşinqton ilk növbədə Azərbaycan və Türkmənistanın Xəzər ərazilərinin bölünməsi ilə bağlı mübahisəni həll edəcəklərinə ümid edir. Lakin Amerika və Avropa İttifaqına üzv ölkələr hər iki ölkəni inandırmağa çalışır ki, “NABUCCO”, eləcə də digər layihələrin həll edilməsinə real imkanlar yaratmaq üçün Xəzərin bölünməsi məsələsində razılığa gəlinməlidir. “Hər iki tərəfdə müşahidə edilən atmosfer isə göstərir ki, bu məsələ hələ uzun çəkə bilər. Biz həmçinin fikirləşirik ki, Transxəzər qaz kəmərini Xəzərin bölünməsi məsələsinin həllini nəzərə almadan tikmək olar”. www.itv.az
Oxunub: 285 dəfə | Tarix: 20 Noyabr 2009 | Kateqoriya: ---