Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Avropa Birliyinin ilk prezidenti seçildi
Belçikanın baş naziri Erman van Rompey Avropa Birliyinin ilk prezidenti seçilib. Bu barədə qərar Avropa ölkələri birliyinin növbədənkənar sammitində qəbul edilib. Erman van Rompeyin namizədliyi səsvermədən bir qədər əvvəl hazırda Avropa Birliyinə sədrlik edən İsveç tərəfindən irəli sürülüb. Əvvəlcə prezidentlik postuna namizəd kimi Latviyanın eks-prezidenti Vayra Vike Freyberqa və Böyük Britaniyanın keçmiş baş naziri Toni Blerin adı çəkilirdi. Lakin seçki vaxtı onların namizədlikləri irəli sürülməyib. Toni Bleri Böyük Britaniyanın hazırkı baş naziri Qordon Braun fəal şəkildə müdafiə edirdi. Lakin səsvermədən bir qədər əvvəl keçmiş baş nazirin reytinqinin o qədər də yüksək olmadığını bilən rəsmi London bu plandan imtina edib. Sammitdə Avropa Birliyinin ilk xarici işlər naziri də seçilib. Bu vəzifəni britaniyalı, ticarət məsələləri üzrə Avropa komissarı Ketrin Eşton tutub. Onun da namizədliyini İsveç irəli sürüb.
www.anspress.com
Oxunub: 221 dəfə | Tarix: 20 Noyabr 2009 | Kateqoriya: ---