|
Təqvim
|
| « Noyabr 2008 » | Be | Ça | Çr | Ca | Cm | Şb | Bz | | | 1 | 2 | | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
|
|
Əlaqə
|
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
|
|
|
|
AVROPA İQTİSADİYYATI CİDDİ SARSINTILAR YAŞAMALI OLACAQ 2008-ci ilin üçüncü rübündə Qərbi Avropa şirkətlərinin ümumi kreditqabiliyyətliliyi maliyyə sektoru üzrə vəziyyətin sürətlə pisləşməsi ilə əlaqədar azalmağa davam edib, - Moody's Investors Service beynəlxalq reytinq agentliyi “2008-ci ilin üçüncü rübündə Avropanın kredit tendensiyaları” adlı şərhində bildirir.
Regionun əksər iri iqtisadiyyatları ya artıq resessiya xəttinə daxil olub, ya da bu istiqamətdə hərəkət edir. Rəsmi faiz dərəcələrinin azaldılması və maliyyə sektoruna göstərilən geniş hökumət dəstəyinə baxmayaraq, Moody’s ortamüddətli perspektivdə Avropa iqtisadiyyatının ciddi sarsıntılar yaşamalı olacağını gözləyir.
Moody’s agentliyi 2008-ci ilin üçüncü rübündə 52 borc öhdəlikləri emitentinin reytinqini azaldıb, 15 emitentin reytinqi isə artırılıb. Beləliklə, artma və azalmanın sayı arasındakı fərq – 37-yə bərabər olub ki, bu da 2003-cü ilin birinci rübündən sonra (-48) ən pis nəticədir.
|
|
|
|
|
AZƏRBAYCAN QAZ KARTELİNİN TƏZYİQİ İLƏ QARŞILAŞIR The Heritage Foundation-in (ABŞ) baş elmi əməkdaşı Ariel Koen. Xəzər qazının istehsalçıları son yeddi il ərzində gizli və monoton şəkildə yaranmış qaz karteli təsisçiləri “üçlüyü”nün artan təzyiqi ilə qarşı-qarşıya dayanmalı olacaqlar. Bakı, Aşqabad, Astana və Daşkənd hökumətləri Moskva və Tehranın artan zərbəsi qarşısında suverenliklərini qorumaq məqsədilə öz siyasətlərini uzlaşdırmalıdırlar. Şərqi Avropa və ABŞ-a isə, Xəzər qazı ölkələrinin enerji sahəsində müstəqillik və öz müqəddəratlarını təyin etməyə yönələn səylərini dəstəkləməsi gərəkdir.
Qaz ixrac edən ölkələr oktyabrın 21-də Tehranda kartelin yaradılması haqqında razılığa gəliblər. Rusiya, İran və Qətərdən başqa, Əlcəzair, Boliviya, Bruney, Venesuela, Misir, İndoneziya, Liviya, Malayziya, Nigeriya, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Trinidad və Tobaqo və Ekvatorial Qvineya da daxil olmaqla, kartelin qalan üzvləri bildirirlər ki, “qaz siyasətinin uzlaşdırılması” üçün daha bir adsız qrup yaratmaq niyyətindədirlər.
|
|
|
|
|
ABŞ–DA DƏRİN RESESSİYA BAŞLAYIB Cari ilin üçüncü rübündə Birləşmiş Ştatlarda ÜDM səviyyəsinin azalması ölkədə dərin resessiyanın başlaması əlamətindir. Bu barədə Böyük Britaniyanın iqtisadi araşdırmalar üzrə konsaltinq şirkəti «Capital Economics»in ABŞ üzrə baş iqtisadçısı Pol Eşvort (Paul Ashworth) bildirib.
«2008-ci lin üçüncü rübündə ÜDM illik hesablamalarda 0,3 faiz azalıb, lakin daha pisi hələ qabaqdadır», - deyə TrendCapital-a cümə günü elektron poçt ilə Eşvort bildirib.
«Capital Economics»in analitikləri güman edirlər ki, Amerika iqtisadiyyatı dərin və uzun resessiya hiss edəcək, onun bərpa tempi isə, çox cüzi olacaq.
|
|
|
|
|
BAKI - SUPSA BORU KƏMƏRİNİN İSTİFADƏSİ BƏRPA OLUNUB BP şirkəti qərb ixrac marşrutu - Bakı-Supsa boru kəmərini istifadəyə verib. Bu barədə çərşənbə günü «BP Azerbaijan» şirkətinin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Tamam Bayatlı məlumat verib.
BP Bakı - Supsa boru kəmərinə operatorluq edən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) operatorudur.
Cari ilin 11-12 noyabrında SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) bu marşrut üzrə 60 min barel həcmində şəxsi neft partiyasını (təqribən iki il ərzində ilk dəfə) nəql etmək niyyətindədir.
|
|
|
|
|
AZƏRBAYCAN XİN:AZƏRBAYCAN XİN: MOSKVA BƏYANNAMƏSİNDƏ BİZİM DƏFƏLƏRLƏ VURĞULADIĞIMIZ PRİNSİPLƏRƏ ZİDD HEÇ NƏ YOXDUR “Ermənistan və Azərbaycan prezidentlərinin Moskvada imzaladıqları Bəyannamə tutarlı sənəddir və bu günə qədər aparılan danışıqların mahiyyətini və məqamlarını özündə əks etdirir”.
|
|
|
|
|
QAZAXISTAN NEFTİNİN BAKI-TİFLİS-CEYHAN KƏMƏRİ İLƏ NƏQLİNƏ BAŞLANILIB Qazaxıstan neftinin Bakı-Tiflis-Ceyhan əsas ixrac neft kəməri ilə nəqlinə başlanılıb.
|
|
|
|
|
AZƏRBAYCAN, ERMƏNİSTAN VƏ RUSİYA PREZİDENTLƏRİ BİRGƏ BƏYANNAMƏ İMZALAYIBLAR Bu gün Rusiya prezidentinin Moskva yaxınlığındakı “Mayn Dorf” iqamətgahında Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü keçirilib.
|
|
|
|
|
Sorğu
|
| İnsan hüquqlarının qorunması üçün: |
|
|