|
Əlaqə
|
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
|
|
|
|
BU ILIN OKTYABRINDA XƏZƏRYANI ÖLKƏLƏRIN BIRINCI HÖKUMƏTLƏRARASI IQTISADI KONFRANSI KEÇIRILƏCƏK Bu il oktyabr ayının 3-5-də Rusiyanın Həştərxan şəhərində Xəzəryanı ölkələrin birinci hökumətlərarası iqtisadi konfransı keçiriləcək. «APA-ECONOMICS»in RBK-ya istinadən verdiyi məlumata görə, konfransda Azərbaycan, Rusiya, Türkmənistan, Qazaxıstan və İranın hökumət nümayəndələri iştirak edəcək.
|
|
|
|
|
EDVARD NALBANDYAN: “ERMƏNISTAN “MADRID TƏKLIFLƏRI” ƏSASINDA DANIŞIQLARI DAVAM ETDIRMƏYƏ HAZIRDIR” Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair növbəti görüşü avqustun 1-də Moskvada keçiriləcək. APA-nın “Novosti Armeniya”ya istinadən verdiyi məlumata görə, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu gün İrəvanda keçirdiyi mətbuat konfransında bildirib ki, görüş ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təşkil olunub. O, həmsədrlərlə geniş formatda və nazirlərin ayrıca görüşünün nəzərdə tutulduğunu söyləyib. Erməni nazir görüşdə “Madrid təklifləri”nə dair müzakirələr aparılacağını diqqətə çatdırıb. E. Nalbandyan ölkəsinin bu təkliflər əsasında başlanmış proses üzrə danışıqları davam etdirməyə hazır olduğunu vurğulayıb: “Bu yol münaqişənin həllinə kömək edəcək”.
|
|
|
|
|
DÜNYA BANKI AZƏRBAYCANA AYIRACAĞI ƏLAVƏ MALIYYƏ VƏSAITININ HƏCMINI ARTIRA BILƏR Dünya Bankı (DB) hazırda Azərbaycanda həyata keçirilən və yeni layihələrin icrasına ayıracaq əlavə maliyyə vəsaitinin həcmini artıra bilər. «APA-ECONOMICS»in məlumatına görə, Bakıda səfərdə olan DB-nın Qafqaz və Orta Asiya regionu üzrə davamlı inkişaf sektorunun direktoru Piter Tomsonun sözlərinə görə, Bankın Direktorlar Şurası qərara gəlib ki Azərbaycan hökuməti üçün növbəti 2 il ərzində 1,2 mlrd. ABŞ dolları (hər il 600 mln. dollar) ayırsın: «Lakin bu, ən yüksək limit deyil. Bank ölkənin kredit qabiliyyətinin öyrənib bu limiti artıra bilər». P. Tomson, həmçinin vurğulayıb ki, DB daha çox texniki yardımın ayrılmasına üstünlük verir. Qeyd edək ki, 1,2 mlrd. dollar dəyəri olan hesabat DB tərəfindən 2006-cı ildə qəbul olunub və 2007-2010-cu illəri əhatə edir. Yeni sənədə Azərbaycan hökuməti üçün daha 1,2 mlrd. dolların ayrılması məsələsi daxil edilib. Strategiya və ilk 1,2 mlrd. dollar 4 il üçün nəzərdə tutulsa da, ölkədə həyata keçirilən layihələrin dəyəri sonradan artıb və strategiyanın icrasına növbəti iki ildə əlavə maliyyələşdirmənin açılması zərurəti yaranıb.
|
|
|
|
|
BEYNƏLXALQ BÖHRAN QRUPUNUN QAFQAZ LAYIHƏSININ YENI DIREKTORU TƏYIN EDILIB Beynəlxalq Böhran Qrupunun Qafqaz layihəsinin direktoru vəzifəsinə Lorens Şits (Lawrence Sheets) təyin edilib.
|
|
|
|
|
QORAN LENMARKER ATƏT PA PREZIDENTININ DAĞLIQ QARABAĞ MÜNAQIŞƏSI ÜZRƏ XÜSUSI NÜMAYƏNDƏSI TƏYIN OLUNUB Qoran Lenmarker ATƏT Parlament Assambleyası prezidentinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi təyin olunub.
|
|
|
|
|
RUMINIYA SƏFIRI: “ERMƏNISTANLA HƏMSƏRHƏD KƏNDLƏRDƏ GÖRDÜYÜM MƏNZƏRƏDƏN DƏHŞƏTƏ GƏLDIM” “Tovuzun Ermənistanla həmsərhəd kəndlərində gördüklərimdən çox məyus oldum. İyirmi birinci əsrdə insanların hələ də bu şəraitdə yaşamaları dəhşətdir”. Bu açıqlamanı APA-nın Qərb bürosuna Tovuz rayonunda səfərdə olan Rumıniyanın Azərbaycanda səfiri Nikolae Urike verib. O, həmsərhəd kəndlərdə vəziyyətin mediada təsvir olunanlardan fərqli olduğunu bildirib: “Mənim real vəziyyətdə gördüklərim mətbuatdan oxuduğumdan və televiziyada gördüyümdən çox fərqlidir. Ermənistanın atəşkəsi mütəmadi şəkildə pozmasının nəticələrini yerindəcə gördüm. Əlibəyli kəndində olanda hərbiçilər təhlükəsizlik baxımından kəndə daxil olmağı məsləhət görmədilər. Onlar bildirdilər ki, dünən axşamdan etibarən ermənilər atəşkəs rejimini mütəmadi pozur və hətta əkin-biçinlə məşğul olan dinc sakinləri belə snayperlə vururlar”. Səfir bu problemlərin aradan qaldırılması üçün münaqişənin sülh yolu ilə tez bir zamanda nizamlanmasının vacib olduğunu bildirib: “Rumıniya münaqişənin sülh yolu ilə həllini dəstəkləyir. Bu münaqişə yalnız beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır”.
|
|
|
|
|
GAZ DE FRANCE-NI “NABUKKO”YA BURAXMAYIBLAR “Nabukko” qaz kəmərinin tikinti layihəsi üzrə Konsorsiumun yeddinci iştirakçısı qismində Fransanın enerji şirkəti Gaz de France-nın namizədliyi rədd edilib. Bu barədə bazar ertəsi Fransa şirkətinin mətbuat xidmətindən telefonla Trend Capital-a məlumat veriblər. Gaz de France-nın mətbuat xidmətində şirkətin namizədliyinin rədd edilməsinin səbəbini açıqlamayıblar. Məsələyə dair şərh almaq üçün Nabucco Gas Pipeline International-ın icraçı direktoru Reynhard Mitşeklə əlaqə saxlamaq mümkün olmayıb. “Nabukko” layihəsinin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. İştirakçılardan hər biri bərabər paya – 16,67 faiz paya malikdir. Dəyəri $12,4 mlrd. olan “Nabukko” qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz tədarük etmək nəzərdə tutulur.
|
|
|
|
|
Sorğu
|
| İnsan hüquqlarının qorunması üçün: |
|
|