|
Əlaqə
|
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
|
|
|
|
AZƏRBAYCAN VASITƏSILƏ QAZAXISTAN VƏ TÜRKMƏNISTANDAN ELEKTRIK ENERJISININ TRANZITI MÜMKÜNDÜR – NAZIR Azərbaycan vasitəsilə Qazaxıstan və Türkmənistandan elektrik enerjisinin tranziti üçün Transxəzər kabelin çəkilməsi layihəsi texniki baxımdan yerinə yetirilə bilər. Bu barədə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev məlumat verib. «Əgər biz enerji sistemlərimizi birləşdirmək və paralel rejimdə işləmək istəyiriksə, bu əlbəttə ki, lazımdır. Bu, iki ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi, yaxud bizdə elektrik enerjisinin artıq olması və onun ixracı üçün lazımdır», - nazir bildirib.
|
|
|
|
|
ƏCNƏBI EKSPERTLƏR HESAB EDIRLƏR KI, NEFTIN QIYMƏTININ DÜŞMƏSI ƏRZAQ BÖHRANINI ZƏIFLƏDƏCƏK Trend Capital-ın sorğu apardığı ekspertlər hesab edirlər ki, neftin yüksək qiyməti dünya ərzaq böhranının səbəblərindən biridir. Ötən həftə, Dünya Bankının prezidenti Robert Zellik bildirib ki, dünya ərzaq böhranı 2015-ci ilədək davam edəcək. O, bununla əlaqədar, ölkələri əhalinin əsas dənli bitkilərlə təchizatının təmin edilməsi məqsədilə, aqrar sənaye sahəsində siyasəti dəyişməyə çağırıb. Amerikanın Energy Security Analysis (ESAI) analitik şirkətinin neft bazarı üzrə eksperti Endrü Ridin (Andrew Reed) rəyinə görə, neftin aşağı qiymətləri ərzaq qiymətləri üzərindən gərginliyi bir qədər götürəcək və beləliklə, ərzaq böhranını zəiflədəcək.
|
|
|
|
|
RUSIYANIN YENI PREZIDENTI AND IÇƏRƏK VƏZIFƏSININ ICRASINA BAŞLAYIB Rusiyanın yeni prezidenti Dmitri Medvedev and içərək vəzifəsinin icrasına başlayıb. APA-nın Rusiya saytlarına istinadən verdiyi məlumata görə, Kreml Sarayının Andreyevsk zalında keçirilən mərasimdə D. Medvedevin andını Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin qəbul edib.
|
|
|
|
|
RUSIYANIN YENI PREZIDENTI AND IÇƏCƏK Bu gün Böyük Kreml Sarayında Rusiyanın yeni prezidenti Dmitri Medvedevin andiçmə mərasimi keçiriləcək. APA-nın Rusiya saytlarına istinadən yaydığı məlumata görə, müasir Rusiyanın tarixində ilk dəfə olaraq fəaliyyətdə olan prezident öz səlahiyyətlərini yeni seçilmiş dövlət başçısına təhvil verəcək.
|
|
|
|
|
31 YAŞLI EKA TKEŞELAŞVILI GÜRCÜSTANIN XARICI IŞLƏR NAZIRI TƏYIN OLUNUB Gürcüstanın baş prokuroru Eka Tkeşelaşvili xarici işlər naziri vəzifəsinə təyin olunub. APA-nın Gürcüstan saytlarına istinadən verdiyi məlumata görə, E. Tkeşelaşvili hökumətin sabah keçiriləcək iclasında nazir qismində iştirak edəcək.
|
|
|
|
|
AZƏRBAYCANDA PREZIDENT SEÇKISI ILƏ BAĞLI FAKTARAŞDIRICI EKSPERTLƏR QRUPU YARADILACAQ Azərbaycanda keçiriləcək prezident seçkisi zaman yarana biləcək problemlərin aradan qaldırılması üçün faktaraşdırıcı ekspertlər qrupu yaradılacaq. Bu barədə Trend News-a Milli Məclisin İcra Aparatının rəhbəri Səfa Mirzəyev məlumat verib. Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Seçki və səsvermə prosesinin təkmilləşdirilməsi üçün Venesiya Komissiyası ilə Azərbaycan hökumətinin birgə müzakirələri nəticəsində Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilib. Yaxın vaxtlarda bu məsələ parlamentin müzakirəsinə çıxarılacaq. Mirzəyev deyib ki, faktaraşdırıcı ekspertlər seçkiöncəsi və səsvermə zamanı daxil olan şikayətləri operativ həll edəcək. Onun sözlərinə görə, Azərbaycanda seçki kampaniyasına ayrılan müddətin azaldılması məsələsinin ciddi araşdırılmasına ehtiyac var. Seçki Məcəlləsində seçki kampaniyasına ayrılacaq müddət 4 ay göstərilib. Hakim Yeni Azərbaycan Partiyası (YAP) hesab edir ki, əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da seçki kampaniyasının müddəti 2 aya endirilməlidir.
|
|
|
|
|
BMT BAŞ KATIBININ 2008-CI ILDƏ FƏLƏSTIN DÖVLƏTININ YARADILMASINA OLAN ÜMIDLƏRI REAL DEYIL – MÜNAQIŞƏ TƏRƏFLƏRI Fələstin muxtariyyətinin hakim FƏTH partiyası 2008-ci ilin sonunadək Fələstin dövlətinin yaradılacağına inanır. Lakin bir çoxları buna şübhə edirlər. Birləşmiş Mitllətlər Təşikilatının Baş Katibi Pan Qi Mun mayın 2-də Londonda Yaxın Şərqə dair keçirilən konfransda 2008-ci ilin sonunadək intensiv danışıqların nəticəsində İordan çayının qərb sahilində müstəqil Fələstin dövlətinin yaradılacağını istisna etməyib. «Pan Qi Mun dünya ictimaiyyətini aldadır» - deyə, «HƏMAS»-ın mətbuat katibi Sami Əbu Zühri Trend News-a bildirib. «Biz müstəqil Fələstin dövlətinin yaranmasını istəyirik, amma bu günki vəziyyətdə bu qeyri - mümkündür»-deyə, Əbu Zühri cümə günü Qəzzədən telefonla bildirib. Əbu Zühri hesab edir ki, beynəlxalq təşkilatlar Fələstin dövlətinin yaranmasında maraqlı deyillər.
|
|
|
|
|
Sorğu
|
| İnsan hüquqlarının qorunması üçün: |
|
|