BMT ÇINDƏ ZƏLZƏLƏDƏN ZƏRƏR ÇƏKƏNLƏRƏ 7 MILYON ABŞ DOLLARI YARDIM AYIRIB
Birləşmiş Millətlər Təşkilatı (BMT) Çində zəlzələdən zərər çəkmiş insanlara 7 milyon ABŞ dolları həcmində yardım ayırıb. APA-nın BMT-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, BMT baş katibi Pan Ki Mun “Fövqəladə hallara Yardım Mərkəzi Fondu”ndan Çinin Siçuan əyalətində baş verən zəlzələ zamanı zərərçəkənlərə yardım ayırıb.
AZƏRBAYCAN TÜRKMƏNISTANDAN ALDIĞI QAZA GÖRƏ YARANMIŞ BORCUNU ÖDƏDI
Türkmənistan prezidentinin Azərbaycana bazar ertəsi başlayan səfəri ərəfisində Baku Aşqabada qaz idxalına görə 90-cı illərdən qəlan dövlət borcunu tam ödəyib. Bu barədə türkmənistan hökümətinin mətbuat xidməti məlumat vrib. ( İTAR-TASS ).
“SƏRBƏST TOPLAŞMAQ AZADLIĞI HAQQINDA” QANUN LAYIHƏSINƏ ƏLAVƏ VƏ DƏYIŞIKLIKLƏR AZƏRBAYCAN MILLI MƏCLISINƏ TÖVSIYƏ OLUNUB
“Sərbəst toplaşmaq azadlığı haqqında” qanun layihəsinə əlavə və dəyişikliklər haqqında” qanun layihəsi bu gün Milli Məclisin İnsan haqları daimi komissiyasında müzakirəyə çıxarılıb.
ABŞ KONQRESI POLŞA VƏ ÇEXIYADA RAKET HÜCUMUNDAN MÜDAFIƏ SISTEMI ÜÇÜN AYRILACAQ VƏSAITIN MIQDARINI ARTIRMAQDAN IMTINA EDIB
ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi ölkənin 2009-cu il hərbi büdcəsinə təklif olunan dəyişikliyi rədd edib. APA-nın məlumatına görə, bu dəyişiklik ABŞ-ın Polşa və Çexiya ərazisində yeni raket hücumundan müdafiə sisteminin quraşdırılması üçün əlavə vəsait ayrılmasını nəzərdə tuturdu. Komitənin 34 üzvü bu layihəyə əlavə vəsait ayrılmasına etiraz edib, 24 konqresmen isə dəyişikliyi dəstəkləyib.
ATƏT-IN DEMOKRATIK TƏSISATLAR VƏ İNSAN HAQLARI BÜROSUNUN RƏHBƏRI DƏYIŞDIRILIB
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna (DTİHB) yeni rəhbər təyin olunub. APA-nın məlumatına görə, bu gün ATƏT Nazirlər Şurasının qərarı ilə Sloveniya təmsilçisi Yanes Lenarçik ATƏT DTİHB-nin yeni rəhbəri təyin edilib.