|
Əlaqə
|
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
|
|
|
|
GÜRCÜSTANDA PARLAMENT SEÇKILƏRI MÜXALIFƏT FƏALININ QƏTLƏ YETIRILMƏSI ILƏ BAŞLAYIB Bu gün səhər Gürcüstanın qərbindəki Tsalencix rayonunda birləşmiş müxalifətin fəalı Geronti Katsiya öldürülüb.
|
|
|
|
|
QIYMƏTLƏR DAIM AZAD BAZAR TƏRƏFINDƏN TƏNZIMLƏNMƏLIDIR – PARLAMENT KOMISSIYASININ RƏHBƏRI Azad bazar şəraitində qiymətlər bazarın özü tərəfindən tənzimlənməlidir, lakin istisnalar da ola bilər. Bu barədə çərşənbə axşamı ölkədə ərzaq mallarının qiymət artımını şərh edən Azərbaycan parlamentinin İqtisadi siyasət üzrə daimi komissiyasının rəhbəri Ziyad Səmədzadə bildirib. Səmədzadənin rəyinə görə, yaxın vaxtlarda taxıl fondunun yaradılması bazara öz təsirini göstərəcək. “Zərurət yarandıqda, fonddan dövriyyəyə taxıl buraxılacaq və bununla da hər şey tənzimlənəcək”, - komissiya rəhbəri bildirib. Parlament komissiyasının rəhbəri hesab edir ki, hər şeydən vacib istehlak mallarının rəqabətqabiliyyətliliyinin və onlara çəkilən xərclərdə şəffaflığın qorunmasıdır.
|
|
|
|
|
ENERJI SEKTORUNDA ƏMƏKDAŞLIQ TÜRKMƏNISTAN VƏ AZƏRBAYCAN ÜÇÜN STRATEJI OLACAQ - QURBANQULU BERDIMƏHƏMMƏDOV Yanacaq-enerji sektorunda əməkdaşlıq Türkmənistan və Azərbaycan arasında gələcək dövlətlərarası tərəfdaşlıq üçün strateji istiqamət olacaq. Bu haqda Bakıda Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov bəyan edib. Türkmənistan prezdenti çıxışı zamanı sentyabr ayında Bakıda «Türkmənistan və Azərbaycanın neft və qazı» mövzusunda konfransın keçirilməsinin planlaşdırıldığını deyib. «İkitərəfli qarşılıqlı əməkdaşlıq sahələrindən biri nəqliyyat sahəsidir», - Berdıməhəmmədov qeyd edib. Türkmənistan prezidenti əlavə edib ki, Asiya və Avropanın qovşağında yerləşən Türkmənistan və Azərbaycanın əlverişli geosiyasi vəziyyəti həm şəxsi, həm də digər ölkələrin maraqları naminə, eləcə də Qərbdə və Şərqdə qonşu ölkələrin bu üstünlükdən istifadəsi üçün imkan yaradır.
|
|
|
|
|
ENERJI LAYIHƏLƏRININ INKIŞAFI ÜÇÜN KIYEV SAMMITI KIFAYƏT DEYIL – ITALIYALI EKSPERT Bu həftə Ukraynada keçiriləcək enerji sammiti enerji ehtiyatlarının diversifikasiyasında Avropa üçün vacib rol oynaya bilər. İtaliyanın Bruno Leoni institutunun energetika departamentinin direktoru Karlo Staqnaro (Carlo Stagnaro) belə hesab edir. Mayın 22-23-də Kiyevdə enerji təhlükəsizliyinə dair sammit keçiriləcək. Sammitdə təqribən 30 ölkənin hökumət və biznes-nümayəndə heyətləri iştirak edəcəklər. Sammitdə Azərbaycan, Gürcüstan, Estoniya, Latviya, Litva, Moldova, Polşa, Rumıniya rəhbərləri, Avropa Komissiyasının energetika məsələləri üzrə Komissarı, BMT, ATƏT, AYİB və Dünya Bankının nümayəndələri iştirak edəcəklər. Müzakirələrin əsas mövzusu “Odessa-Brodı-Plotsk-Qdansk neft kəməri layihəsinin texniki-iqtisadi əsaslandırılması (TİƏ) məsələləri, açıq Qara dəniz-Xəzər enerji tranziti məkanının formalaşdırılması məsələsi olacaq. Sammitin əsas məqsədi,faktiki olaraq Rusiyadan müstəqil enerji təchizatı yollarının axtarılmasıdır.
|
|
|
|
|
TÜRKMƏNISTAN PREZIDENTINƏ BAKI DÖVLƏT UNIVERSITETININ “FƏXRI DOKTORU” ADI VERILIB Azərbaycanda səfərdə olan Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədova Bakı Dövlət Universitetinin (BDU) “Fəxri doktoru” adı verilib.
|
|
|
|
|
ANDRES HERKEL ERMƏNISTANDA BAŞ VERƏNLƏRDƏN SONRA AZƏRBAYCANDA AVROPA ŞURASININ NÜFUZUNUN DÜŞMƏSI ILƏ BAĞLI FIKIRLƏRLƏ ŞƏRIK OLDUĞUNU BILDIRIB “Görüş zamanı Azərbaycan prezidenti bildirdi ki, Ermənistanda baş verən hadisələrdən sonra Azərbaycanda Avropa Şurasının nüfuzu aşağı düşüb”.
|
|
|
|
|
KULEVIDƏ NEFT TERMINALININ AÇILMASI AZƏRBAYCAN VƏ GÜRCÜSTANIN INKIŞAFINA SƏBƏB OLACAQ Kulevidə neft terminalının açılması Azərbaycan və Gürcüstanın inkişafına səbəb olacaq, xalqlar arasındakı dostluğu daha da möhkəmləndirəcək və hər iki ölkənin rifahı naminə həyata keçirilən yeni layihələrin müjdəçisi olacaq. Bu barədə cümə günü terminalın açılışında Azərbaycanın Baş naziri Artur Rasizadə bildirib. ARDNŞ-ə məxsus terminalın aşırma gücü ildə 2 mln. ton neft, 3 mln. ton dizel yanacağı, 4 mln. ton mazut daxil olmaqla, ümumilikdə 10 mln. ton təşkil edəcək. Terminalın çən parkının ümumi tutumu 320 min kubmetrdir. Layihə üzrə terminalın aşırma gücünün ildə 15-20 mln. tonadək artırılması nəzərdə tutulub. Çən parkını 380 min kubmetrədək genişləndirmək planlaşdırılır.
|
|
|
|
|
Sorğu
|
| İnsan hüquqlarının qorunması üçün: |
|
|