|
Əlaqə
|
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
|
|
|
|
BU GÜN “ODESSA-BRODI” LAYIHƏSININ MÜZAKIRƏSI DAHA KONKRET XARAKTER DAŞIYIR Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, bu gün “Odessa-Brodı” layihəsinin reallaşdırılması məsələsinin müzakirəsi daha konkret xarakter daşıyır. O, bu barədə Kiyevdə, Ukrayna prezidenti Viktor Yuşşenko ilə birgə mətbuat konfransında məlumat verib. «Bu layihəyə cəlb edilən bütün ölkələrin siyasi dəstəyi var. Bizə yalnız iqtisadi və texniki detalları razılaşdırmaq, onları təcrübədə sınamaq və nəticələrə baxmaq qalıb», - Əliyev bildirib. Azərbaycan prezidenti təsdiq edib ki, onun ölkəsi həmişə ixracın diversifikasiyası siyasətinin tərəfdarı olub. İlham Əliyev bir neçə gün əvvəl, Gürcüstanın Qara dəniz sahilində Azərbaycanın sərmayələri hesabına tikilmiş yeni terminalın açıldığını xatırladıb. “Bu terminal müəyyən mənada Odessa-Brodı-Plotsk-Qdansk layihəsinin cəlb edilməsini nəzərdə tutur və beləliklə, enerji dəhlizinin ayrılmaz hissəsi olur», - Azərbaycan prezidenti bildirib.
|
|
|
|
|
DÖRDÜNCÜ ENERJI SAMMITI BAKIDA KEÇIRILƏCƏK Xəzər, Qara və Baltik dənizi regionunda enerji təhlükəsizliyi məsələləri üzrə dördüncü sammit Bakıda keçiriləcək. Bu barədə Kiyevdə keçirilən üçüncü enerji sammitinin yekunları üzrə Ukrayna prezidenti Viktor Yuşşenko cümə günü Kiyevdə Trend News-a məlumat verib. Əvvəllər yuxarı dairələrdə Kiyev görüşünün yekunları üzrə mətbuat konfransında Yuşşenko bildirib ki, növbəti sammitdə dövlətlərarası İşçi qrupun hesabatını nəzərdən keçirmək planlaşdırılır. İşçi qrupun yaradılması haqqında qərar bu gün Kiyevdə qəbul edilib.
|
|
|
|
|
AZƏRBAYCAN PREZIDENTI KIYEV SAMMITININ NƏTICƏLƏRINI MÜSBƏT QIYMƏTLƏNDIRIB Azərbaycan prezidenti İlham Əliyev mayın 22-23-də keçirilmiş Kiyev enerji sammitinin nəticələrini müsbət qiymətləndirib. «Hesab edirəm ki, bu sammitin nəticələri çox müsbətdir və əminəm ki, növbəti sammit üçün bizdə çox sayda müsbət informasiya olacaq», - İlham Əliyev Kiyev enerji sammitindən sonra yekun mətbuat konfransında bildirib. 3-cü enerji sammiti iştirakçıları işlərin yekunları üzrə qlobal energetika təhlükəsizliyi prinsipləri haqqında Kiyev bəyannaməsi, Xəzər-Qaradəniz-Baltik enerji tranziti məkanı haqqında birgə bəyanat, həmçinin Avro-Asiya neft nəqli dəhlizi layihəsi haqqında Azərbaycan Respublikası, Gürcüstan, Litva Respublikası, Polşa Respublikası və Ukrayna prezidentlərinin birgə bəyanatını imzalayıblar. «Regionlarımızın elan etdiyi enerji dəhlizi bizi əməkdaşlığın gələcək inkişafına aparır. Nəqliyyat dəhlizi, humanitar dəhliz – bütün bunlar bizim ölkələrimiz arasında anlaşmanın yaxşılaşmasına səbəb olacaq və ümumi maraqlara xidmət edəcək», - İlham Əliyev söyləyib.
|
|
|
|
|
UKRAYNA PREZIDENTI AZƏRBAYCANA SƏFƏR EDƏCƏK Ukrayna prezidenti Viktor Yuşşenko iyulun 1-də Bakıya işgüzar səfərə gələcək.
|
|
|
|
|
BEYNƏLXALQ MÜŞAHIDƏÇILƏR GÜRCÜSTANDA KEÇIRILMIŞ PARLAMENT SEÇKILƏRI ILƏ BAĞLI ILKIN RƏYLƏRINI AÇIQLAYIBLAR “Gürcüstanda parlament seçkilərinin beynəlxalq standartlara uyğun keçirilməsi üçün səylər göstərilsə də, prosesin gedişində bir sıra problemlər aşkarlanıb”.
|
|
|
|
|
İLKIN NƏTICƏLƏRƏ ƏSASƏN GÜRCÜSTANDA KEÇIRILƏN PARLAMENT SEÇKILƏRINDƏ HAKIM PARTIYA QALIB GƏLIB  Gürcüstanda keçirilən parlament seçkilərinin ilkin nəticələrinə əsasən hakim Vahid Milli Hərəkat Partiyası 60 faizə yaxın səs toplayaraq qalib gəlib.
|
|
|
|
|
SENATOR RIÇARD LUQAR: “ABŞ RUSIYAYA QARŞI INTENSIV BEYNƏLXALQ ƏKS-HÜCUMA BAŞÇILIQ ETMƏLIDIR” “ABŞ Rusiyanın Gürcüstanda və bütün regionda sabitliyi pozmaq səylərinə qarşı intensiv beynəlxalq əks-hücuma başçılıq etməlidir”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözlər ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədr müavini, respublikaçı Riçard Luqarın bəyanatında əksini tapıb.
|
|
|
|
|
Sorğu
|
| İnsan hüquqlarının qorunması üçün: |
|
|