BRÜSSELDƏ QARA DƏNIZ REGIONUNDA DEMOKRATIYANIN INKIŞAFINA HƏSR OLUNMUŞ KONFRANS KEÇIRILIB.
Brüsseldə Qara dəniz regionunda demokratiyanın inkişafına həsr olunmuş konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda bölgə ölkələrinin xarici işlər nazirləri, diplomatlar, iqtisadi ekspertlər iştirak ediblər. Konfrans Belçika Kral Beynəlxalq Münasibətlər İnstitutu, Brüssel Azad Universitetinin siyasi həyatın araşdırılması üzrə mərkəzi tərəfindən təşkil olunub.