Ana səhifə
  Haqqımızda
  İşçi heyəti
  Layihələr
  Xəzər dənizi
  Xəbərlər
  Analitika
  Qarabağ
  Nəşrlər
  Linklər
  Qalereya
Təqvim
«    May 2008    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Xəzəryanı ölkələr
  Azərbaycan
  İran
  Qazaxıstan
  Rusiya
  Türkmənistan
Əlaqə
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
AZƏRBAYCANDA REGİONAL İNKİŞAF MƏRKƏZİ TƏRƏFİNDƏN KEÇİRİLƏCƏK
“PREZİDENTİMƏ 10 SUAL” ADLI İNTERNET SORĞU LAYİHƏSİNİN İCTİMAİ KAMPANİYASI

“PREZİDENTİMƏ 10 SUAL”

Məlumdur ki, bu il oktyabrın 15-də Prezident seçkiləri keçiriləcəkdir. Təbii ki, yeni seçiləcək Prezident bölgələrdə vətəndaşları daha çox narahat edən məsələlər haqda məlumatlı olmalıdır. Toplanılan məlumatlar müxtəlif mənbələrdən olduğu halda mövcud vəziyyəti daha obyektiv qiymətləndirmək olar. Prezident seçkiləri ərəfəsində bu məsələ ilə bağlı daha dolğun məlumatların toplanması işində “Azərbaycanda Regional İnkişaf Mərkəzi” iyun ayının 1-dən internet sorğu layihəsinin ictimai kampaniyasını keçirməyə başlayır.

Layihənin əsas məqsədi - hər bir vətəndaşı narahat edən sualı açıq şəkildə namizədə verməyə, namizədlərə isə - hər bir məsələ ilə bağlı öz baxışlarını səmimi şəkildə ictimaiyyətə nümayiş etdirməyə imkan yaratmaq və qoyulmuş sualların cavablarını açıqlamaqdır.

     Oxunub: 468 dəfə | Tarix: 29 May 2008 | Kateqoriya: Xəbərlər | Ətraflı...
AZƏRBAYCANDA BIRINCI BEYNƏLXALQ REGIONAL BIZNES KONFRANS ÖZ IŞINƏ BAŞLAYIB

AZƏRBAYCANDA BIRINCI BEYNƏLXALQ REGIONAL BIZNES KONFRANS ÖZ IŞINƏ BAŞLAYIB

Bu gün Şamaxıda (Bakıdan 135 km məsafədə) birinci beynəlxalq regional biznes konfrans öz işinə başlayıb.

Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov konfransda çıxışı zamanı bildirib ki, son dörd ildə Azərbaycan iqtisadiyyatının həcmi 96 faiz artıb. 2007-ci il ərzində regionların inkişafına yatırılan dövlət investisiyalarının həcmi 1,15 mlrd. manat təşkil edib. Hazırda yeni sənaye müəssisələrinin, biznes inkubatorların yaradılması üzrə işlər görülür. Azərbaycan iqtisadiyyatının inkişafı ölkəyə xarici investisiyaların cəlb edilməsi üçün baza yaradır.

Nazir müavini bildirib ki, növbəti beş il üçün regionların sosial-iqtisadi inkişafı proqramının reallaşdırılmasının davam etdirilməsi üzrə hazırlıq işləri gedir.

Türkiyənin Azərbaycandakı səfiri Xulusi Qılıcın sözlərinə görə, bu gün ölkələr arasında mal dövriyyəsi $12 mlrd. təşkil edir. Neft sektoru ilə birlikdə Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi $6 mlrd. təşkil edir.

     Oxunub: 475 dəfə | Tarix: 29 May 2008 | Kateqoriya: Xəbərlər | Ətraflı...
AZƏRBAYCAN PREZIDENTI FINLANDIYAYA ILK DƏFƏ RƏSMI SƏFƏR EDƏCƏK

AZƏRBAYCAN PREZIDENTI FINLANDIYAYA ILK DƏFƏ RƏSMI SƏFƏR EDƏCƏK

Azərbaycan prezidenti Finlandiyaya ilk dəfə rəsmi səfər edəcək. Bu barədə Trend News-a çərşənbə axşamı Helsinkidən telefonla Finlandiya prezidentinin dəftərxanasından məlumat verilib.

Mayın 28-30-da baş tutacaq səfər zamanı İlham Əliyev Finlandiya prezidenti Tarya Halonenlə görüşəcək, parlamentdə olacaq və «Paasikivi» Cəmiyyətində muhazirə ilə çıxış edəcək. Cümə günü, mayın 30-da prezident İlham Əliyev Baş nazir Matti Vanhanenlə görüşəcək.

     Oxunub: 399 dəfə | Tarix: 29 May 2008 | Kateqoriya: Xəbərlər | Ətraflı...
İRAN AZƏRBAYCANIN «ŞAH DƏNIZ» YATAĞINDAN QAZ ALMAQ NIYYƏTINDƏDIR

İRAN AZƏRBAYCANIN «ŞAH DƏNIZ» YATAĞINDAN QAZ ALMAQ NIYYƏTINDƏDIR

İran Xəzərin Azərbaycan sektorunda yerləşən «Şah dəniz» qaz kondensat yatağından böyük həcmdə Azərbaycan qazı idxal etmək niyyətində olduğunu bildirib. Bu barədə çərşənbə günü məlumatlı mənbədən bildirilib.

Bir gün əvvəl İranın neft nazirinin müavini və həm də İran Milli Qaz Şirkətinin baş meneceri Seyid Rıza Kəssənzadə Bakıya səfərə gəlmişdi. Kəssənzadənin Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və «Şah dəniz» konsorsiumu rəhbərlikləri ilə apardığı danışıqlar zamanı bu yatağın 2012-2013-cü illər üçün planlaşdırılan işlənmə layihəsinin ikinci mərhələsi çərçivəsində Azərbaycan qazının İrana tədarükü məsələsi müzakirə olunub. İranın «NICO» şirkəti «Şah dəniz» layihəsində 10 faiz iştirak payına malikdir.

Bu günə qədər Azərbaycan qazının müxtəlif nəql imkanları nəzərdən keçirilib. Lakin onlar yalnızAvropa istiqamətinə aid olub. Bundan əlavə, bu il ARDNŞ artıq İrana 30 mln. kubmetr şəxsi qaz tədarük edib. Qaz İrana kifayət qədər yüksək qiymətə – 1000 kub metri 300 dollara satılıb. Müqavilə 30 mln. kub metr qazın tədarükü üçün nəzərdə tutulub, lakin uzadıla bilər.

«Şah dəniz» layihəsi üzrə «Mərhələ-2» çərçivəsində yataqdan ildə 12 mlrd. kub metr qazın ixrac olunması nəzərdə tutulub. Qaz ixracı «Mərhələ-1»də olduğu kimi «Mərhələ-2»də də Cənubi Qafqaz qaz kəməri (SCP) üzrə həyata keçiriləcək.

     Oxunub: 553 dəfə | Tarix: 29 May 2008 | Kateqoriya: Xəbərlər | Ətraflı...
EKOLOJİ PATRUL EKOLOJİ PROBLEMLƏRİ ƏKS ETDİRƏN FOTO MÜSABİQƏ ELAN EDİR. (01 iyun – 31 iyul)

EKOLOJİ PROBLEMLƏRİ  ƏKS ETDİRƏN FOTO MÜSABİQƏ

Hazırda davam edən və hər birimizin ətrafında yaşanan ekoloji problemləri əks etdirən foto müsabiqəyə start verilir. Hər bir vətəndaş müsabiqəyə onu narahat edən, mütəmadi üzləşdiyi və həllində iştirak etmək istədiyi ekoloji problemlərin fotosunu təqdim edə bilər.

EKOLOJİ PROBLEMLƏR NƏDİR VƏ NƏDƏN YARANIR?-

İdarə olunmayan sənaye və məişət tullantılarından;

Təbiətə antropogen təsir;

Təbii resursların yanlış istismarı texnologiyaları;

Urbanizasiya – şəhərsalma;

Böyük texnoloji layihələr;

Qeyri-ənənəvi iqlim dəyişikliyi.

Müsabiqəyə təqdim edilən fotolar təşkilatçının internet səhifəsində - www.azecology.org yerləşdirilməklə elektron səsvermə yolu ilə üç ən yaxşı foto seçiləcək. Seçilmiş üç ən yaxşı fotonun müəllifləri mükafatlandırılacaq, bu fotolar mətbuatda çap olunacaq və bütün iştirakçılara fəxri diplomlar təqdim olunacaq. Fotolardan fotoreportajlar hazırlanaraq mətbuata yayılacaq. Müsabiqəyə təqdim olunmuş bütün fotolardan ibarət foto albom - “şərhsiz informasiyalar” çap olunacaq.

     Oxunub: 1083 dəfə | Tarix: 29 May 2008 | Kateqoriya: Xəbərlər | Ətraflı...
Sorğu
İnsan hüquqlarının qorunması üçün:

İnsan hüquqları ilə bağlı daima seminarlar və treninqlər keçirmək;
Ümumtəhsil proqramına yeni fənn əlavə etmək;
Körpəlikdən düzgün tərbiyə vermək;
İnsan hüquqları sahəsində çatışmamazlıqlar həmişə olacaq.


Baş Xəbərlər
Xəbərlər Arxivi
Fevral 2012 (6)
Yanvar 2012 (42)
Dekabr 2011 (9)
Noyabr 2011 (8)
Oktyabr 2011 (22)
Sentyabr 2011 (15)
Avqust 2011 (5)
Iyul 2011 (8)
Iyun 2011 (18)
May 2011 (26)
Aprel 2011 (33)
Mart 2011 (17)
Fevral 2011 (21)
Yanvar 2011 (16)
Dekabr 2010 (14)
Noyabr 2010 (11)
Oktyabr 2010 (20)
Sentyabr 2010 (17)
Avqust 2010 (14)
Iyul 2010 (10)
Iyun 2010 (33)
May 2010 (55)
Aprel 2010 (52)
Mart 2010 (35)
Fevral 2010 (54)
Yanvar 2010 (37)
Dekabr 2009 (27)
Noyabr 2009 (44)
Oktyabr 2009 (37)
Sentyabr 2009 (30)
Avqust 2009 (25)
Iyul 2009 (33)
Iyun 2009 (55)
May 2009 (24)
Mart 2009 (27)
Fevral 2009 (28)
Yanvar 2009 (10)
Noyabr 2008 (21)
Oktyabr 2008 (22)
Sentyabr 2008 (22)
Avqust 2008 (31)
Iyul 2008 (39)
Iyun 2008 (36)
May 2008 (49)
Aprel 2008 (56)
Mart 2008 (12)
E-mail: office@cpf.az