SENATOR RIÇARD LUQAR: “ABŞ RUSIYAYA QARŞI INTENSIV BEYNƏLXALQ ƏKS-HÜCUMA BAŞÇILIQ ETMƏLIDIR”
“ABŞ Rusiyanın Gürcüstanda və bütün regionda sabitliyi pozmaq səylərinə qarşı intensiv beynəlxalq əks-hücuma başçılıq etməlidir”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözlər ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədr müavini, respublikaçı Riçard Luqarın bəyanatında əksini tapıb.