|
Əlaqə
|
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
|
|
|
|
DÜNYA MALIYYƏ BAZARININ VƏZIYYƏTI NORMALLIQDAN UZAQDIR – ABŞ FES-IN RƏHBƏRI ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri Ben Bernanke Bloomberg telekanalının efirində çıxışı zamanı bildirib ki, dünya maliyyə bazarlarının hazırki vəziyyəti «çox da normal deyil». Bernankenin çərşənbə axşamı bildirdiyinə görə, maliyyə böhranının həll edilməsi üçün şirkətlərə bir qədər vaxt lazımdır. İpoteka bazarında böhranın aradan qaldırılması üçün ABŞ FES sentyabrın ortalarından dərəcəni 3,25 faiz azaldaraq, 2 faizə endirib. Eyni zamanda, Avropa Mərkəzi Bankının rəhbərliyi bildirib ki, əsas faiz dərəcəsini dəyişmək niyyətində deyil və onu 4 faiz səviyyəsində saxlayacaq.
|
|
|
|
|
ƏRZAQ MALLARININ DÜNYA ÜZRƏ QIYMƏTININ QALXMASI YOXSULLUĞUN ARTMASINA SƏBƏB OLACAQ – WFP-IN RƏHBƏRI Ərzaq mallarının dünya üzrə qiymətinin qalxması, şübhəsiz ki, bütün ölkələrdə, o cümlədən Azərbaycanda yoxsulluq səviyyəsinin artmasına gətirib çıxaracaq. Bu barədə çərşənbə axşamı BMT-nin Ümumdünya Ərzaq Prjqramının (ÜƏP) (World Food Program-WFP) Azərbaycan üzrə nümayəndəsi Linn Miller (Linn Miller) bildirib. «Dünya Bankının qiymətləndirməsinə görə, bu gün qiymət artımı fonunda, əlavə olaraq 100 mln. insan yoxsulluq həddinə çatıb. Heç bir ölkə bundan yayına bilməz», - deyə o bildirib.Millerin sözlərinə görə, bu səbəbdən, ÜƏP donorlardan əlavə 800 mln. dollar istəyib. Bundan əlavə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Kənd Təsərrüfatının Beynəlxalq İnkişaf Fondu (İFAD) yardıma ehtiyacı olan ölkə hökumətləri ilə birgə yoxsulluq səviyyəsinin azaldılması üçün, bu ölkələrdə ərzaq istehsalının artırıması yollarını axtaracaq.
|
|
|
|
|
AZƏRBAYCAN, TÜRKIYƏ, YUNANISTAN VƏ İTALIYA QAZ SAZIŞININ IMZALANMASINA HAZIRLAŞIRLAR Mayın sonunda Azərbaycan, Türkiyə, Yunanıstan və İtaliyanın energetika nazirlikləri arasında Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün hüquqi baza yaradacaq saziş imzalanacaq. Bu barədə çərşənbə axşamı Bakıda, EGL-AXPO şirkətinin rəhbəri Robert Lombardi ilə görüşdə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev məlumat verib. Görüşdə Avropa İttifaqının qaz boru kəmərləri məsələləri üzrə dövlətlərarası Koordinasiya Şurasının yaradılmasını planlaşdırdığı qeyd edilib. Şuranın yaradılmasının məqsədi layihələrin iştirakçısı olan dövlətlər arasında əməkdaşlığın səmərəliliyini artırmaqdır. Əliyev bildirib ki, öz maraqlarının təmin edilməsi üçün Azərbaycanın bu Şurada təmsil olunması çox vacibdir. EGL-AXPO şirkəti İsveçrədə məşhur şirkətlərdəndir. O, İtaliya, Yunanıstan və Fransanın iri şirkətləri ilə çalışır. Bu şirkət StatoilHydro şirkəti ilə əməkdaşlıqda Transadriatik boru kəməri layihəsi üzərində işləyir.
|
|
|
|
|
Sorğu
|
| İnsan hüquqlarının qorunması üçün: |
|
|