|
Əlaqə
|
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
|
|
|
|
İRAN VƏ AZƏRBAYCAN ARASINDA YÜKLƏRIN TRANZITI SAHƏSINDƏ ƏMƏKDAŞLIQ PROTOKOLU IMZALANIB Tehranda, İran və Azərbaycan arasında dəniz və nəqliyyat tranziti əməkdaşlığı üzrə protokol imzalanıb.
|
|
|
|
|
QAZAXISTANIN «KAŞAĞAN» YATAĞININ MƏNIMSƏNILMƏ TARIXI YENIDƏN DƏYIŞDIRILIR Agip KCO beynəlxalq konsorsiumun səhmdarları «Kaşağan» yatağının mənimsənilmə tarixinin yenidən 2012 və ya 2013-cü ilə dəyişdirilməsinin lehinə çıxış edirlər. Bu barədə bazar ertəsi Astanada energetika və təbii ehtiyatlar naziri Sauat Mınbayev məlumat verib. «Konsorsiumun əcnəbi iştirakçıları yatağın mənimsənilmə tarixini dəyişdirmək istəyirlər. Onların müxtəlif ssenariləri var – 2012 və ya 2013-cü ilə dəyişmək», - Mınbayev bildirib. Əvvəllər, uzun və çətin danışıqlardan sonra Qazaxıstan hökuməti və layihənin iştirakçıları arasında hasilat tarixinin 2008-ci ildən 2011-ci ilə dəyişdirilməsi ilə bağlı razılıq əldə olunub.
|
|
|
|
|
AZƏRBAYCAN VASITƏSILƏ QAZAXISTAN VƏ TÜRKMƏNISTANDAN ELEKTRIK ENERJISININ TRANZITI MÜMKÜNDÜR – NAZIR Azərbaycan vasitəsilə Qazaxıstan və Türkmənistandan elektrik enerjisinin tranziti üçün Transxəzər kabelin çəkilməsi layihəsi texniki baxımdan yerinə yetirilə bilər. Bu barədə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev məlumat verib. «Əgər biz enerji sistemlərimizi birləşdirmək və paralel rejimdə işləmək istəyiriksə, bu əlbəttə ki, lazımdır. Bu, iki ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi, yaxud bizdə elektrik enerjisinin artıq olması və onun ixracı üçün lazımdır», - nazir bildirib.
|
|
|
|
|
ƏCNƏBI EKSPERTLƏR HESAB EDIRLƏR KI, NEFTIN QIYMƏTININ DÜŞMƏSI ƏRZAQ BÖHRANINI ZƏIFLƏDƏCƏK Trend Capital-ın sorğu apardığı ekspertlər hesab edirlər ki, neftin yüksək qiyməti dünya ərzaq böhranının səbəblərindən biridir. Ötən həftə, Dünya Bankının prezidenti Robert Zellik bildirib ki, dünya ərzaq böhranı 2015-ci ilədək davam edəcək. O, bununla əlaqədar, ölkələri əhalinin əsas dənli bitkilərlə təchizatının təmin edilməsi məqsədilə, aqrar sənaye sahəsində siyasəti dəyişməyə çağırıb. Amerikanın Energy Security Analysis (ESAI) analitik şirkətinin neft bazarı üzrə eksperti Endrü Ridin (Andrew Reed) rəyinə görə, neftin aşağı qiymətləri ərzaq qiymətləri üzərindən gərginliyi bir qədər götürəcək və beləliklə, ərzaq böhranını zəiflədəcək.
|
|
|
|
|
Sorğu
|
| İnsan hüquqlarının qorunması üçün: |
|
|