Bu gün Böyük Kreml Sarayında Rusiyanın yeni prezidenti Dmitri Medvedevin andiçmə mərasimi keçiriləcək. APA-nın Rusiya saytlarına istinadən yaydığı məlumata görə, müasir Rusiyanın tarixində ilk dəfə olaraq fəaliyyətdə olan prezident öz səlahiyyətlərini yeni seçilmiş dövlət başçısına təhvil verəcək.