|
Əlaqə
|
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
|
|
|
|
AZƏRBAYCANDA PREZIDENT SEÇKISI ILƏ BAĞLI FAKTARAŞDIRICI EKSPERTLƏR QRUPU YARADILACAQ Azərbaycanda keçiriləcək prezident seçkisi zaman yarana biləcək problemlərin aradan qaldırılması üçün faktaraşdırıcı ekspertlər qrupu yaradılacaq. Bu barədə Trend News-a Milli Məclisin İcra Aparatının rəhbəri Səfa Mirzəyev məlumat verib. Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Seçki və səsvermə prosesinin təkmilləşdirilməsi üçün Venesiya Komissiyası ilə Azərbaycan hökumətinin birgə müzakirələri nəticəsində Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilib. Yaxın vaxtlarda bu məsələ parlamentin müzakirəsinə çıxarılacaq. Mirzəyev deyib ki, faktaraşdırıcı ekspertlər seçkiöncəsi və səsvermə zamanı daxil olan şikayətləri operativ həll edəcək. Onun sözlərinə görə, Azərbaycanda seçki kampaniyasına ayrılan müddətin azaldılması məsələsinin ciddi araşdırılmasına ehtiyac var. Seçki Məcəlləsində seçki kampaniyasına ayrılacaq müddət 4 ay göstərilib. Hakim Yeni Azərbaycan Partiyası (YAP) hesab edir ki, əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da seçki kampaniyasının müddəti 2 aya endirilməlidir.
|
|
|
|
|
BMT BAŞ KATIBININ 2008-CI ILDƏ FƏLƏSTIN DÖVLƏTININ YARADILMASINA OLAN ÜMIDLƏRI REAL DEYIL – MÜNAQIŞƏ TƏRƏFLƏRI Fələstin muxtariyyətinin hakim FƏTH partiyası 2008-ci ilin sonunadək Fələstin dövlətinin yaradılacağına inanır. Lakin bir çoxları buna şübhə edirlər. Birləşmiş Mitllətlər Təşikilatının Baş Katibi Pan Qi Mun mayın 2-də Londonda Yaxın Şərqə dair keçirilən konfransda 2008-ci ilin sonunadək intensiv danışıqların nəticəsində İordan çayının qərb sahilində müstəqil Fələstin dövlətinin yaradılacağını istisna etməyib. «Pan Qi Mun dünya ictimaiyyətini aldadır» - deyə, «HƏMAS»-ın mətbuat katibi Sami Əbu Zühri Trend News-a bildirib. «Biz müstəqil Fələstin dövlətinin yaranmasını istəyirik, amma bu günki vəziyyətdə bu qeyri - mümkündür»-deyə, Əbu Zühri cümə günü Qəzzədən telefonla bildirib. Əbu Zühri hesab edir ki, beynəlxalq təşkilatlar Fələstin dövlətinin yaranmasında maraqlı deyillər.
|
|
|
|
|
ABŞ-AZƏRBAYCAN MƏSLƏHƏTLƏŞMƏLƏRINDƏ QLOBAL PROBLEMLƏRIN HƏLLI MÜZAKIRƏ EDILƏCƏK Təhlükəsizlik məsələlərinə dair ABŞ-Azərbaycan məsləhətləşmələrinin bu ilin yayında nəzərdə tutulan görüşündə əsasən regionun təhlükəsiliyi müzakirə ediləcək. “İkitərəfli görüşdə əsasən qanunsuz narkotik vasitələrin dövriyyəsi, insan alverinin qarşının alınması istiqamətində birgə mübarizə məsələləri müzakirə predmeti olacaq” şənbə günü Şəkidə olan ABŞ-ın Azərbaycandakı səfiri xanım Enn Dörsi jurnalistlərə bildirib.
|
|
|
|
|
Sorğu
|
| İnsan hüquqlarının qorunması üçün: |
|
|