|
Əlaqə
|
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
|
|
|
|
AZƏRBAYCANIN ŞƏXSI RABITƏ PEYKINI BURAXMASI ÖLKƏNIN IQTISADI ARTIMINI YÜKSƏLDƏCƏK– BEYNƏLXALQ ELEKTRORABITƏ İTTIFAQININ RƏHBƏRI Azərbaycanın $100 mln.-dək dəyərinndə AzerSat şəxsi rabitə peykini buraxması təhsil, səhiyyə, biznes də daxil olmaqla, ölkənin iqtisadi və sosial həyatının müxtəlif sahələrində yeni xidmətlərin tətbiqi üçün imkanlar açacaq. Bu barədə Trend Capital-a Beynəlxalq Elektrorabitə İttifaqının (ITU) Baş katibi Hamadun Ture (Hamadoun Toure) məlumat verib. Turenin sözlərinə görə, Azərbaycanın şəxsi peykinə malik olması «sahibkarlıq hissinin yaranmasına və investisiya axınına» yardım edəcək ki, bu da iqtisadi artımın yüksəlməsinə gətirəcək. İTU rəhbəri bildirib ki, ilin sonunadək Azərbaycanın peyki üçün orbital mövqeyin ayrılacağı gözlənilir.
|
|
|
|
|
DÜNYANIN ENERJIYƏ OLAN TƏLABATI 55 FAIZ ARTACAQ – BEYNƏLXALQ ENERGETIKA AGENTLIYI 2030-cu ilədək dünya bazarında ilkin enerji daşıyıcılarına olan tələbat 55 faiz artacaq. Bu barədə Beynəlxalq Energetika Agentliyi (BEA) tərəfindən hazırlanan World Energy Outlook mərzuəsində deyilir. 2030-cu ilədək enerjiyə olan təlabatın orta illik artım templəri 1,8 faiz təşkil edəcək. 2030-cu ilə enerji ehtiyatlarına olan təlabat neft ekvivalentində 2005-ci ildəki 11,4 mlrd. tona qarşı 17,7 mlrd. tona çatacaq. Hasil edilən yanacağın payına 2005-2030-cu illərdəki ümumi təlabat artımının 84 faizi düşəcək. Dünya təlabatında neftin payı 35 faizdən 32 faizədək azalacaq. 2030-cu ildə neftə olan təlabat 2006-cı ildə sutkada 32 mln. barelə qarşı 116 mln. barel təşkil edəcək. Agentliyin proqnozlarına görə, kömürə olan təlabat 73 faiz artacaq və bunun nəticəsində enerji ehtiyatlarına ümumi təlabatda kömürün payı 25 faizdən 28 faizədək artacaq. Kömürə olan təlabat artımının böyük hissəsi Çin və Hindistanın payına düşür.
|
|
|
|
|
ƏRZAQ BAZARININ ENERGETIKA BAZARINDAN ASILILIĞI ZƏIFLƏMƏLIDIR – AMERIKA INSTITUTUNUN EKSPERTI Amerikanın Brookings institutunun dünya iqtisadiyyatı üzrə böyük eksperti Homi Karas (Homi Kharas) hesab edir ki, dünyanın ərzaq və energetika bazarları arasında müşahidə olunan əlaqə zəifləməlidir. Onun rəyinə görə, bazarlar arasında əlaqə həm təkliflər (Enerji tutumlu nəqliyyatın vacibliyi, həmçinin, gübrənin yayılması və istifadəsi səbəbindən), həm də təlabat (Hazırkı qiymətlərlə daha sərfəli olan bioyanacaq qismində ərzaq bitkilərindən istifadə nəticəsində) baxımından müşahidə olunur. Əvvəllər Dünya Bankının Şərqi Asiya və Asiya Sakit Okean Regionu məsələləri üzrə böyük eksperti işləmiş Harasın rəyinə görə, belə yanaşmanı dəyişmək lazımdır.
|
|
|
|
|
Sorğu
|
| İnsan hüquqlarının qorunması üçün: |
|
|