|
Əlaqə
|
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
|
|
|
|
RƏSMI BAKI ERMƏNILƏRIN AZƏRBAYCAN VƏ TÜRKIYƏ BAYRAQLARINI YANDIRMASINI VƏHŞILIK ADLANDIRIB Rəsmi Bakı ermənilərin Azərbaycan və Türkiyə bayraqlarını yandırmasını vəhşilik adlandırıb. «Ermənistanın bu hərəkətləri bütün dünyaya onların əsl üzünü göstərir», - şənbə günü Bakıda, Azərbaycanın xarici işlər naziri müavini Araz Əzimov jurnalistlərə bildirib. Əzimov qeyd edib ki, Azərbaycan qanunlara riayət edir və analoji tədbirlər görmək niyyətində deyil. «Biz keçmişdə də belə hərəkətlərin şahidi olmuşuq», - Əzimov qeyd edib.
|
|
|
|
|
AZƏRBAYCAN ÜTT-YƏ DAXIL OLMAQ ÜÇÜN ÇOXTƏRƏFLI DANIŞIQLARIN NÖVBƏTI RAUNDUNA HAZIRLAŞIR İkiillik fasilədən sonra Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaq üçün çoxtərəfli danışıqların növbəti raundunu keçirəcək. Azərbaycan hökumətinin işçi qrupu ilə çoxtərəfli danışıqlar mayın 6-da Cenevrə şəhərində keçiriləcək. Bu barədə şənbə günü «Trend News»a Azərbaycanın İsveçrədəki səfiri Elçin Əmirbəyov məlumat verib. Görüş bir neçə dəfə təxirə salınıb. İldən ilə ÜTT-ə namizəd-ölkələri üçün tələblər daha da kəskinləşir. Ona görə hökumət ölkə maraqlarını nəzərə alaraq bu prosesi maksimal dərəcədə sürətləndirmək niyyətindədir. Azərbaycan ÜTT-yə inkişaf etmiş ölkə statusu ilə daxil olmaq istəyir, bu da aqrar bölmə üçün 10 faizə qədər subsidiya əldə etməyə imkan verəcək.
|
|
|
|
|
BEYNƏLXALQ TƏŞKILATLARIN TÖVSIYYƏLƏRINI YERINƏ YETIRMƏK LAZIMDIR Azərbaycanda seçkilərin yaxşınlaşdığı dövrdə beynəlxalq təşkilatların və «AQO» qrupunun tövsiyyələrini yerinə yetirmək lazımdır. Bu barədə bazar ertəsi Avropa Şurası Nazilər Komitəsinin sədri Yan Kubiş jurnalistlərə bildirib. «Prezidentliyə namizədlərin öz proqramları təqdim etmələri üçün KİV-ə çıxışları və televiziyada vaxta malik olmaları çox vacibdir», - o bildirib. Kubişin sözlərinə görə, bu seçkilərin bərabər şəraitdə keçməsinə yardıme edəcək. O həmçinin qeyd edib ki, KİV seçkilərin hazırlanması üçün fəal işləməlidir.
|
|
|
|
|
Sorğu
|
| İnsan hüquqlarının qorunması üçün: |
|
|