|
Əlaqə
|
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
|
|
|
|
 "İnsan alverinə YOX deyək" Layihəsi
|
|
|
|
|
İRAN İSLAM RESPUBLIKASI İran keçmiş sovet respublikaları ilə əlaqələrini onların müstəqillik qazanmasından sonra Sovet İttifaqı ilə İran arasında Xəzərin müəyyən olunmuş statusu əsasında qururdular. Bu razılaşmaya görə, Xəzərin ehtiyatlarının birgə istifadəsi nəzərdə tutulurdu. Lakin İran öz unikal coğrafi mövqeyindən istifadə edərək yeni şəraitdə öz maraqlarının qorunmasını təmin edə bilmədi.
|
|
|
|
|
TÜRKMƏNISTAN Bu ölkənin böyük miqdarda təbii qaz yataqları var ki, buna görə də Türkmənistan Xəzər dənizində yerləşən enerji daşıyıcıları resurslarına elə də böyük maraq bəsləmir. Sovet İttifaqı dövrlərindən bu ölkə keçmiş SSRİ-nin bir çox respublikalarına təbii qaz ixrac edirdi. Türkmənistanın sərhədləri haqqında qanunda deyilir ki, bu ölkə Xəzər dənizinin sahilindən 12 mil ərazidə inhisarçı mülkiyyət hüququna malikdir.
|
|
|
|
|
QAZAXISTAN Rusiya Federasiyası ilə öz münasibətlərində Qazaxıstan daha ehtiyatlıdır. Həmçinin bu ölkənin əhalisinin yarıya qədəri ruslardır ki, onlar da əsasən şimal rayonlarında yaşayırlar, bura isə ölkənin sənaye rayonu hesab edilir. Qazaxıstan hökuməti üçün Xəzər dənizinin resurslarından istifadə və bunun nəticəsində Rusiya Qazaxıstan münasibətləri mühüm əhəmiyyət kəsb edir.
|
|
|
|
|
AZƏRBAYCAN Əvvəlcə Azərbaycan rəhbərləri səy göstərirdilər ki, Xəzər dənizi dünya okeanına çıxışı olmayan beynəlxalq göl hesab edilsin və onun resursları xəzəryanı dövlətlər arasında onların sahil xəttinin uzunluğundan asılı olaraq müəyyən edilsin. Öz mövqelərinin təsdiqi kimi Azərbaycanlılar ABŞ və Kanada arasında bölünmüş Ontario gölü, Nigeriya, Çad və Kamerun arasında bölünmüş Çad gölü, Fransa və İsveçrə arasında bölünmüş Cenevrə gölünü misal gətirirdilər. Bu göllərdə qeyd olunmuş sərhəd xəttləri müəyyən edilmişdir ki, hər bir dövlət gölün ona məxsus olan hissəsində inhisarçı mülkiyyət hüququna malikdir.
|
|
|
|
|
RUSIYA Rusiya Xəzər dənizini hər tərəfdən quru ilə əhatə olunmuş, beynəlxalq sulardan, dəniz və okeanlardan təcrid olunmuş göl hesab edir. Beləliklə də, beynəlxalq dəniz hüququ Xəzərə aid edilmir. Rusiya nümayəndələrinin bəyanatlarına görə, Xəzər – ümumi mülkdür. Onun dibində yerləşən resursları da sahil dövlətlərinin ümumi razılığı əsasında birgə işlədilməlidir. Bu nöqteyi nəzərdən yeni danışıqların bazası kimi İran və Sovet İttifaqı arasında 1921-ci ilin fevralında və 1940-cı ilin martında imzalanmış razılaşmalar işlədilə bilər. Bununla birgə nəzərə alınmalıdır ki, xəzəryanı dövlətlər bəyan ediblər ki, Sovet İttifaqı dövründə bağlanmış müqavilələrdən irəli gələn öhdəliklərdən imtina etmirlər. İran-sovet danışıqlarından irəli gələrək, Xəzərin resurslarının istifadə edilməsi birgə - bütün sahilyanı dövlətlərin iştirakı ilə həyata keçirilməlidir. Rusiya liderləri Xəzəryanı ölkələrdən hər hansı birinin Xəzər resurslarından birtərəfli istifadəsini açıq tənqid edir və onları qeyri-qanuni hərəkət adlandırırdılar. Ruslar həmişə deyirdilər ki, 1940-cı ilə müqaviləsinə uyğun olaraq Xəzər dənizi İran və SSRİ-yə məxsusdur.
|
|
|
|
|
XƏZƏR DƏNIZININ HÜQUQI STATUSUNUN SIRRI Alaha Kulai Son onillik ərzində Xəzər dənizinin sahilində iki dövlət əvəzinə 5 yeni dövlət yaranmışdır və bu öz növbəsində regionda əhəmiyyətli dəyişikliklərə gətirib çıxarmışdır. Sovet İttifaqı dövründə Xəzər dənizi ətrafında yerləşən dövlətlər sosialist cəmiyyəti çərçivəsində xarici dünya ilə əlaqələri Moskva vasitəsilə həyata keçirirdilər, buna görə də, İranın regional məsələləri həll etməsi üzrə danışıqlarda tərəfdaşı Rusiya idi. Sovet birliyinin dağılmasından sonra yeni dövlətlərin diqqətini valyuta axınının mənbəyi kimi Xəzər dənizinin resurslarının işlədilməsi problemi kimi ümumi problem çəkdi. Bu dövlətlərdən Türkmənistan təbii qazın böyük ehtiyatlarına malikdir və dünyada bu resursların həcminə dördüncü yeri tutur, buna görə də, Xəzər yataqlarının işlədilməsində çox da böyük əhəmiyyət vermir. Azərbaycan və Qazaxıstan üçün Xəzər dənizinin resurslarının daha çox əhəmiyyəti var. Bununla belə Rusiya, İran və Türkmənistan üçün Xəzər dənizinin enerji daşıyıcılarının işlədilməsi siyasət və dövlət suverenliyi cəhətdən böyük əhəmiyyət daşıyır.
|
|
|
|
|
Sorğu
|
| İnsan hüquqlarının qorunması üçün: |
|
|