|
Təqvim
|
| « Mart 2008 » | Be | Ça | Çr | Ca | Cm | Şb | Bz | | | 1 | 2 | | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | | 31 | |
|
|
Əlaqə
|
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
|
|
|
|
 “Qrant layihələrinin tərtib olunması və fandreyzinqin əsas prinsipiləri” 2-ci təlim kursu
|
|
|
|
|
 “QRANT LAYIHƏLƏRIN TƏRTIB OLUNMASI VƏ FANDREYZINQIN ƏSAS PRINSIPLƏRI” (TƏLIM KURSU)
|
|
|
|
|
 “AZƏRBAYCANIN AVROPA TƏSISATLARINA İNTEQRASIYASI. REALLIQLAR VƏ PERSPEKTIVLƏR” MÖVZUSUNDA SEMINAR
|
|
|
|
|
“QIRMIZI KÖRPÜ – ETIBAR ZONASI” SƏRHƏDYANI ƏMƏKDAŞLIĞIN INKIŞAF ETDIRILMƏSI ÜZRƏ LAYIHƏ Layihə Fridirix Ebert adına Fondun maliyyə dəstəyilə Cənubi Qafqaz Regional Təhlükəsizlik İnstitutu tərəfindən həyata keçirilib. Bu layihədə Azərbaycanı “Xəzər - Gələcək Naminə Tərəfdaşlıq” İctimai Birliyi təmsil edib. Layihənin məqsədləri – Qafqazın daxili sərhədlərində etibar atmosferinin yaradılmasına yardım; Qafqaz regionunda sərhədyanı əməkdaşlıq üzrə Avropa təcrübəsinin tətbiqi. Layihənin vəzifələrinə aiddir: monitorinq və dəyirmi masalar keçirməklə sərhədyanı əməkdaşlıq sahəsində sərhəd regionlarında aktual məsələlərin və onların potensialının araşdırılması; aktual məsələlərin analizi və beynəlxalq ekspertlərin cəlb edilməsi yolu ilə ayrıca sərhəd regionlarında sərhədyanı əməkdaşlığın inkişafı proqramının hazırlanması; Cənubi Qafqaz Regional Təhlükəsizlik İnstitutu nəzdində Qafqaz sərhədyanı əməkdaşlıq Mərkəzinin inkişafı və möhkəmlənməsi.
|
|
|
|
|
“QEYRI-HÖKUMƏT TƏŞKILATLARININ IDARƏ OLUNMASI” MÖVZUSUNDA TRENINQ Azərbaycan müstəqillik qazandıqdan sonra dövlət strukturları ilə bərabər qeyri-hökumət təşkilatları da meydana gəlməyə başladı. Bu qeyri-hökumət təşkilatlarının üzləşdiyi əsas problem idarəetmə problemi kimi üzə çıxdı. Əgər hesab etsək ki, bu təşkilatların idarə olunmasına göstərilən sahədə müvafiq bilik və təcrübəsi olan peşəkarlar cəlb olunmalıdır, bizim QHT-lərin üzləşdiyi problemi dərk etmək asan olar. Müxtəlif layihələri həyata keçirəcək təşkilatlar üçün qrant vasitələrinin idarə edilməsi məsələləri ilə tanışlıq xüsusilə mühümdür ki, layihənin dayanıqlılığını, büdcənin həcmini, işçilərin sayını və s. məsələləri düzgün həll etsin. QHT-lərin idarə olunmasına professional yanaşmanın vacibliyini nəzərə alaraq, qarşıya qoyulan məqsədlərə çatmaq üçün göstərilən sahədə maarifləndirməyə olan ehtiyac açıq-aydın özünü biruzə verir. Bu məqsədlə 25-26 oktyabr, 2004-cü ildə “Xəzər – Gələcək Naminə Tərəfdaşlıq” İctimai Birliyi Konrad Adenauer fondu ilə birgə layihə çərçivəsində “QHT-lərin idarəolunması” adlı iki günlük treninq keçirdilər. Qeyd edək ki, bu tip treninqlərin keçirilməsi – Azərbaycanda üçüncü sektorun inkişafına olan tövhədir.
|
|
|
|
|
“QLOBALLAŞMA DÖVRÜNDƏ BƏLƏDIYYƏLƏR: ALMAN VƏ AZƏRBAYCAN TƏCRÜBƏSI” MÖVZUSUNDA BEYNƏLXALQ SEMINAR Azərbaycanın müstəqilliyinin əldə edilməsindən sonra burada atılan mühüm addımlardan biri də yerli bələdiyyələrin (yerli özünüidarəetmə orqanları) yaradılması oldu. Bu qurumlar lokal səviyyədə dövlət idarəetmə mexanizminin demokratikləşməsinə yardım etmək üçün yaradılır. Bələdiyyələrin təsis olunması ilə qarşıya qoyulan əsas məqsəd bacarıqlı, təşəbbüskar insanların yerli səviyyəli problemlərin həllinə cəlb edilməsi idi və bunun üçün onlara müəyyən səlahiyyətlər verilmişdir. Digər tərəfdən Avropaya inteqrasiya kursunu götürmüş gənc dövlət olan Azərbaycanın Avropalı partnyorların təcrübəsinə ehtiyacı var. Bu məqsədlə 25 Oktyabr, 2004-cü ildə alman ekspertlərinin iştirakı ilə “Xəzər - Gələcək Naminə Tərəfdaşlıq” İctimai Birliyi və Konrad Adenauer fondu tərəfindən birgə keçirilən seminar öz işinə başladı.
|
|
|
|
|
“KİV VƏ SİYASƏT” MÖVZUSUNDA BEYNƏLXALQ SEMİNAR Müasir dövrdə Kütləvi İnformasiya Vasitələrinin siyasətdə rolu getdikcə artır. Təsadüfi deyil ki, demokratik cəmiyyətlərdə Kütləvi İnformasiya Vasitələri IV hakimiyyət hesab edilir. KİV cəmiyyətin siyasi, iqtisadi, sosial və digər sahələrdə məlumatlandırılmasını təmin edən strukturdur və məhz onların gördüyü iş sayəsində əhalidə ölkədə baş verən hadisələr, proseslər haqqında dolğun fikir formalaşır. Məhz bundan çıxış edərək KİV-lə siyasətin bir-birilə sıx bağlı olduğunu vurğulamaq lazımdır. KİV və siyasətin qarşılıqlı əlaqələrini açıqlamaq üçün 2 oktyabr, 2004-cü ildə “Xəzər – Gələcək Naminə Tərəfdaşlıq” İctimai Birliyi və Konrad Adenauer Fondunun birgə layihəsi olan “KİV və siyasət” mövzusunda beynəlxalq seminar keçirilmişdir.
|
|
|
|
|
Sorğu
|
| İnsan hüquqlarının qorunması üçün: |
|
|